Page 75 - alberto moravia_Макет 1
P. 75
Çoçara
Romada doğulmuş Rozettadan vә dağәtәyi әrazidә yaşayan
Tommazinodan fәrqli olaraq, dik yoxuşlarda belә, tәngnәfәs
olmurdum. Dağa qalxdıqca vadini daha yaxşı görә bilirdim.
Әslindә, buna vadi dә demәk olmazdı – bu, dağların arasında
yerlәşәn dar bir dәrәydi. Dәrәnin yamacları pillәkәni xatırladan
çıxıntılarla örtülmüşdü. Bu çıxıntılar, aşağıdan-yuxarıya getdikcә
kiçilirdi. Әkilib-becәrilmiş torpaq sahәlәrindәn ibarәt olan bu
terrasları biz çoçaralar “maçera” adlandırırıq. Maçeraları
aşınmadan daş hörüklәr qoruyur. Bu kiçik torpaq sahәlәrindә
buğda, kartof, qarğıdalı, tәrәvәz, kәtan yetişdirilir, hәtta adda-
budda meyvә ağacları da gözә dәyir. Maçeralara çox yaxşı
bәlәd idim: Onları bir-biriylә birlәşdirәn cığır vә pillәlәrlә
uşaqlıqda çox daş daşımışdım. Sәbәtlәrdә daşıdığımız daşlarla
maçeraların әrtrafındakı divarları bәrkidirdik. Dağ yamaclarında
әkin-biçinlә mәşğul olmaq әziyyәtli işdir; kәndlilәr әvvәlcә
sahәni kol-kosdan, iri daşlardan tәmizlәmәli, sonra maçeranı
hasarlamaq üçün daş, hәtta torpaq da daşımalı olurdular. Bu
sahә-maçeralar kәndlilәrin bütün dolanışığına bәs elәyirdi,
onlar bazardan, demәk olar, heç nә almırdılar.
Dolanbac dağ cığırı ilә xeyli irәlilәdik. Gözümüz önündә
möhtәşәm, gözoxşayan dağ mәnzәrәsi açılmışdı: aşağıdan-
yuxarıya bir-birini әvәzlәyәn maçeralar, getdikcә seyrәlәn kol-
luqlar, çılpaq yamaclarda tәkәmseyrәk ağaclar, nәhayәt, lap
zirvәdә çınqılla örtülmüş aşırım. Zirvәnin lap yaxınlığında
kiçik bir yaşıllıq, onun arxasında isә qırmızı qaya parçaları
gözә dәyirdi. Tommazino dedi ki, qayalıqların arasında dәrin
bir mağara var, Fondidәn olan mәşhur çoban illәrlә hәmin
mağarada gizlәnib. Bu çoban öz arvadını daxmada diri-diri
yandırıb, sonra dağın o biri üzünә keçib, orada evlәnib. Onu
tapanda artıq qoca kişiymiş, oğulları, nәvәlәri varmış, oğul-
uşaq xәtrini әziz tutur, hörmәtini saxlayırmış. Tommazino onu
da әlavә etdi ki, buradan o yana Çoçariya dağları başlayır vә
onlardan birinin adı “Pәri dağı”dır. Yadıma düşdü, uşaqlıqda
75