Page 78 - alberto moravia_Макет 1
P. 78

Alberto Moravia


            gücü fikrindә pul saymaq idi. Filippo isә hәlimxasiyyәtli,
            mehriban, hisslәrini gizlәdә bilmәyәn adamdı. Tommazinonun
            әrzaq dükanı vardı, Filippo isә universam işlәdirdi, onun
            mağazasında hәr şey satılırdı. Bәstәboylu Filipponun boynu
            çox qısaydı, enli çiyinlәrinә yapışmış başı tәrsinә çevrilmiş
            bardağı xatırladırdı, bardağın lülәsinә oxşayan burnu isә bu
            oxşarlığı daha da artırırdı. Onun ayaqları da qısaydı, irәli
            çıxmış qarnı kәmәrin üstünü örtürdü. Filippo hәr dәfә hәrәkәt
            elәyәndә adama elә gәlirdi ki, indicә şalvarı düşәcәk.
                Bizim qaçqın olduğumuzu, mәnim dә dükan işlәtdiyimi,
            burada, dağlarda qalacağımızı öyrәnәn kimi (Tommazino
            bütün bunları ona mızıldanaraq, öz-özünә danışırmış kimi
            xәbәr verdi) Filippo, az qala, boynumuza atıldı:
                – Gәlin bizimlә әylәşin, loyvalı әriştә hazırlamışıq, –
            Fondidә “lobya” әvәzinә “loyva” deyirlәr, – hәlә ki, özünüzә
            әrzaq almamısınız, bizim yemәklәrdәn yeyin… Onsuz da,
            tezliklә ingilislәr hәr şey gәtirәcәklәr, hәr şey bol olacaq,
            hәlәlik isә Allah verәndәn yeyib, şәnlәnmәk lazımdır.
                Stolun әtrafında vurnuxan Filippo bizi öz qızı vә oğlu ilә
            tanış elәdi. Qızı zәrif, bir qәdәr kәdәrli görünәn yeniyetmәydi,
            çiyinlәri çıxmış bәstәboy oğlu isә qozbelә oxşayırdı, baxmayaraq
            ki, belindә donqarı yox idi. Oğlanın şәvә kimi qara saçları
            vardı, gözü yaxşı görmürdü, qalın şüşәli gözlük taxırdı, atasının
            dediyinә görә hәkimlik oxumuşdu:
                – Oğlum Mikele ilә tanış olun, – Filippo dedi, – hәkimdir.
                Sonra o, bizi gözlәrinin altı göyәrmiş, bәnizi soluxmuş,
            iridöşlü arvadı ilә tanış elәdi. Qadın astma xәstәsi idi, çox
            qorxaq, ürkәk adama oxşayırdı. Dediyim kimi, Filippo Romada
            dükanım olduğunu bilәndә mәnimlә yaxın dost kimi davran -
            mağa başladı: soruşdu ki, pulum var, ya yox? Dedi ki, özünün
            dә pulu az deyil, ingilislәr lap bir ildәn sonra da gәlsәlәr, ona
            bәs elәyәr. O, mәnimlә mәxsusi tonda, bir hәmkar kimi
            danışırdı. Bu söhbәtdәn sonra bir qәdәr arxayın laş dım, özümü
            xatircәm hiss etmәyә başladım.

              78
   73   74   75   76   77   78   79   80   81   82   83