Page 81 - alberto moravia_Макет 1
P. 81
Çoçara
ki, Fondidәn qaçqın düşәnlәr idi, onlar Filipponu qarabaqara
izlәyir, әl-ayaq vermәyә çalışırdılar. Filippo onları öz toyunun
ildönümünü qeyd elәmәk üçün çağırmışdı. Bunu sonralar
bildim, ancaq onda mәnә elә gәlmişdi ki, Filipponun var-
dövlәti aşıb-daşır, bilmir pulları hara qoysun, odur ki, hәr gün
yerlilәri yeyib-içmәyә çağırır.
Ziyafәt üç saata yaxın davam etdi. Әvvәlcә lobyalı әriştә
yedik. Xәmiri yumurtayla yoğurulmuş әriştә çox dadlıydı,
qızılı rәngә çalırdı, lobyaya da söz ola bilmәzdi – adamın
ağzında yağ kimi әriyirdi. Şorba o qәdәr lәzzәtliydi ki, hәrәyә
iki qab yedik. Sonra quru yemәklәrә keçdik: qaxac әt bir
qәdәr duzluydu, amma adamın iştahasını artırırdı, ev kolbasası,
soyutma yumurta, cürbәcür turşular ağzımızı dada gәtirmişdi.
Sonra qadınlar mәtbәxi әvәz edәn komaya girib, hәrәyә bir
qab qızardılmış dana әti gәtirdilәr: sәn demә, dünәn kimsә
dana kәsib, Filippo da bir neçә kilo әt alıb bişirtdiribmiş.
Bundan sonra toğlu әtinә girişdik. Balaca tikәlәrin üstünә
turşaşirin, çox dadlı sous tökmüşdülәr. Daş kimi bәrk qoyun
pendirindәn dә daddıq. Duzlu-istiotlu pendirdәn yeyib susuzladıq,
susuzluğumuzu isә şәrabla söndürdük. Pendirdәn sonra süfrәyә
portağal, әncir, üzüm, quru meyvәlәr verildi. Lap axırda
şirniyyat gәtirdilәr. Üzәrinә vanilli şәkәr tozu sәpilmiş lәziz
piroqları elә buradaca bişirmişdilәr. Nәhayәt, Filipponun qızı
evdәn peçenye gәtirib, konyakın yanına qoydu. Nә qәdәr
içdik? Әn azından, adambaşına bir litr şәrab. Bәzilәri litrdәn
dә çox içdi. Rozetta indiyәcәn dilinә şәrab vurmamışdı, o vә
onun kimilәr qәdәhlәrini axıracan içmәdilәr. Stol arxasındakı
şadyanalıq sәngimәk bilmirdi: hamı yeyib-içir, yalnız yemәk-
içmәk barәdә danışırdılar. Romalılar üçün şәxsi avtomobil vә
Pariolidә evi olmaq nәdirsә, Fondidә yaşayanlar vә mәnim
hәmkәndlilәrim üçün dә yeyib-içmәk odur. Kәnddә az yeyәn,
azacıq içәn adamları saya salan yoxdur: insanların sәnә hörmәt
qoymasını, sәni “sinyor” deyә çağırmasını istәyirsәnsә, bol-
81