Page 84 - alberto moravia_Макет 1
P. 84
Alberto Moravia
– Almanların vә ya ingilislәrin gәlişinә etiraz etmirәm,
tәki ruslar gәlmәsin. Filippo, rusların gәlmәsi, yәqin, heç
sәnin dә ürәyindәn deyil…
– Niyә ki? – Filippo soruşdu. Deyәsәn, artıq sәrxoş idi,
ağzının sözünü bilmirdi.
– Ona görә ki, ruslar gәlsә, sәni alver elәmәyә qoymayacaqlar.
Bilmirdin? Rusların alverçilәrdәn zәhlәsi gedir.
– Axmaqlar, – Filippo fikirli-fikirli cavab verib, özünә
şәrab süzdü.
Nәhayәt, dördüncü qaçqın dilә gәldi:
– Sәn böyük adamsan, Filippo, düz deyirsәn, burada axmaq
yoxdur, düz sözә nә deyәsәn?
O, bu sözlәri o qәdәr ürәkdәn dedi ki, özümüzü saxlaya
bilmәyib gülüşdük. Ancaq Filipponun oğlu birdәn-birә yerindәn
qalxıb hirslә dedi:
– Görürәm hamınız ağıllısınız, axmaq tәkcә mәnәm. –
Araya sükut çökdü, hamı tәәccüblә bir-birinin üzünә dikildi.
O isә qısa fasilәdәn sonra sözünә davam etdi: – Axmaqlar isә
ağıllılarla bir yerdә oturmasa yaxşıdır, bağışlayın, mәn bir az
gәzişmәk istәyirәm.
– Niyә küsdün axı?
– Heç kim sәni axmaq saymır!
O, adamların hay-küyünә mәhәl qoymadı, yerindәn qalxıb,
maçeranın kәnarıyla uzaqlaşmağa başladı.
Hamı onun arxasınca baxırdı, ancaq Filippo o qәdәr
kefliyidi ki, artıq heç nәyi vecinә almırdı. O, uzaqlaşan oğluna
baxa-baxa stәkanını qaldırıb dedi:
– Sәnin sağlığına… Hәr evin öz axmağı var da… neylәmәk
olar?
Özünü çox ağıllı sayan ata axmaq oğlunun sağlığına içirdi.
Bunu görüb gülüşdülәr.
– Özünü axmaq yerinә qoya bilәrsәn, çünki bizim evdә
ağıllı olmaq sәrfәli deyil. – Filipponun bu sözlәri qәhqәhә
doğurdu.
84