Page 87 - alberto moravia_Макет 1
P. 87

Çoçara


          çırpı toplayıb, şәhәrdә satmaqla qazandıqları pul onlar üçün
          nadir tapılan qiymәtli әşya kimiydi. Onlar pula, az qala, sitayiş
          edirdilәr. Dağlarda, kәndlilәrin arasında çox yaşamışdım,
          bilirdim ki, onlar nә dindardı, nә mövhumatçı. Bu kәndlilәr
          üçün әn әsas mәsәlә pul idi – çünki, әvvәla, çox zaman pul
          üzü görmürdülәr, ikincisi dә, pulla yaxşı şeylәr almaq olurdu.
          Hәr halda, onlar belә fikirlәşirdilәr vә mәn dә bir dükançı
          kimi onlarla razılaşmaya bilmәrәm.
             Pula doyunca baxandan sonra Paride mәnә dedi:
             – Yaxşı, toxuma dәzgahının sәs-küyü sәnә mane olmaya-
          caqsa, bu otağa yerlәşә bilәrsәn.
             O, mәni sıldırım qayanın üzәrindә tikilmiş balaca evә
          apardı. İkimәrtәbәli evciyin yanında taxtapuşu kәrpiclә hörülmüş
          kiçik bir tikili vardı, arxa divarı da yuxarıdakı maçeranı
          saxlayan qayalığa söykәnirdi; ön divardakı pәncәrәnin nә
          şüşәsi vardı, nә dә çәrçivәsi.
             İçәri girәndә gördüm ki, Paridenin dediyi kimi, ağacdan
          düzәldilmiş köhnә dәzgah otağın yarısını tutub. Otağın boş
          qalan hissәsindә çarpayı qoyulmuşdu. Әslindә, çarpayı dәmir
          altlıqların üzәrinә düzülmüş taxtalardan ibarәt idi, taxtaların
          üstünә döşәk әvәzinә, quru qarğıdalı yarpağı doldurulmuş
          yekә çuval atılmışdı. Maili tavan o qәdәr alçaq idi ki, başını
          әymәli olurdun. Divarları hörümçәk toru vә kif basmışdı (di-
          varlardan birini yalçın qaya parçası әvәzlәyirdi). Paride başını
          qaşıya-qaşıya dedi:
             – Bu da sizin otağınız… Özünüz baxın, burada qala
          bilәrsiniz, ya yox?
             Arxamca otağa girәn Rozetta qorxa-qorxa dedi:
             – Ana, biz burada yatacağıq?
             – Olanımız budur, – qızıma acıqlandım vә Parideyә tәrәf
          dönüb soruşdum: – Mәlәfәmiz yoxdur, bizә mәlәfә verә
          bilәrsiniz?
             Xeyli çәnә-boğaz etmәli olduq, Paride mәlәfә vermәk
          istәmirdi, deyirdi arvadının cehizidir, verә bilmәz. Mәlәfәyә

                                                              87
   82   83   84   85   86   87   88   89   90   91   92