Page 89 - alberto moravia_Макет 1
P. 89

Çoçara


          Kötüklәrdәn birinin üstündә oturan qarını görәndә çox
          tәәccüblәndim: o, sifәtdәn ayparaya oxşayırdı – burnundan vә
          çәnәsindәn savayı, üzündә heç nә görmәk olmurdu. Qarı
          qaranlıqda tәk-tәnha oturub yun әyirirdi. Bu, Paridenin anası
          idi.
             –  Yaxşı ki, gәldin, – qarı mәni görәn kimi dedi, – gәl
          yanımda otur. Deyirlәr, Romadan gәlmisәn… Düzdür, bu
          mәtbәx Romadakı qonaq otaqlarına oxşamır, ancaq eybi
          yoxdur, öyrәşәrsәn… Gәl, gәl yanımda otur.
             Sözün düzü, bu ensiz kötüyün üstündә oturmaq istәmirdim,
          az qala, deyәcәkdim ki, mәnә stul versinlәr, vaxtında özümü
          saxladım. Sonradan öyrәndim ki, daxmalarda stul saxlamırlar.
          Stul, az qala, zinәt әşyası sayılır, onu yalnız böyük bayramlar
          vә ya mәrasimlәr zamanı, mәsәlәn, toyda, yasda üzә çıxarırlar.
          Stullar korlanmasın deyә onları tavandan asırlar. Bir dәfә
          Paridenin evinә girәndә başım tavandan asılmış stula dәydi,
          fikirlәşdim ki, gör necә avam, cahil adamların içinә düşmüşәm.
             Yaxşı, bu barәdә bәsdir. Çırağın zәif işığında gördüm ki,
          bura әsl pәyәyә oxşayır. Soyuq, qaranlıq, döşәmәsindәn çirk
          yağan bu tikilinin daş divarları vә külәşlә örtülmüş damı
          başdan-ayağa qurum bağlamışdı. Ölәzimәkdә olan ocaq әmәlli-
          başlı his verirdi: deyәsәn, odunlar yaş idi. Pәncәrәrsiz otaqda
          tüstüdәn göz-gözü görmürdü. Tüstü yalnız dәlmә-deşik tavandan
          sızıb çıxırdı. Daxmada bir neçә dәqiqә qaldıqdan sonra
          Rozettanın da, mәnim dә gözlәrimiz yaşardı, boğazımız
          tüstüdәn acışmağa başladı. Bir dә gördüm ki, qarının enli
          әtәyinin altından çirkin bir hәyәt iti vә qoca, yoluq bir pişik
          boylanır. Sizә qәribә gәlә bilәr, ancaq onlar ağlayırdılar…
          Yazıq heyvanlar qatı tüstünün acısına dözә bilmirdilәr, hәrәkәtsiz
          oturub, gözlәrini geniş açmışdılar, belә görünürdü ki, belәcә,
          kirimişcә ağlamağa öyrәncәlidirlәr.
             Çirkli yerlәrdәn zәhlәm gedir, Romadakı mәnzilim kiçik
          olsa da, par-par yanırdı. Odur ki, bu komada biş-düş elәyә cә -


                                                              89
   84   85   86   87   88   89   90   91   92   93   94