Page 83 - alberto moravia_Макет 1
P. 83

Çoçara


          olurlar.  Ağıllılar isә… bir sözlә, hәr şeyi tәrsinә elәyirlәr,
          vәssalam. İndiki zәmanәdә axmaqlar qırılır, ağıllılar isә xilas
          olurlar. Axmaqlar istәr-istәmәz daha kütbeyin olur, ağıllılar
          isә daha da ağıllanır. Mәsәldә deyildiyi kimi: canlı eşşәk ölü
          hәkimdәn yaxşıdır, yaxud sabahkı toyuqdansa, bugünkü
          yumurta yaxşıdır. Bir ifadә dә var: yalnız qorxaqlar verdiyi
          sözә әmәl elәyir. Artıq bu dünyada axmaqlara yer yoxdur, heç
          kәs özünә rәva görmәmәlidir ki, onu axmaq yerinә qoysunlar.
          Bircә gün dә olsa, ağıllı olmaq lazımdır, çox ağıllı, hәtta
          müdrik olmalıyıq. Çünki çәtin vaxtdır, kimәsә barmağını
          versәn, dartıb qolunu qopardar.  Yazıq Mussolininin başına
          gәlәnlәri gördünüz dә… Fransada barmaq boyda müharibә
          elәmәk istәdi, ancaq qolundan oldu, bütün dünyanı özünә
          qarşı qaldırdı. İndi quru yerdә qalıb, heç nәyi yoxdur, ona
          görә özü dә istәmәdәn, axmaq yerindә qalıb. Halbuki hәmişә
          ağıllı olmaq istәyib. İnanın mәnә, hökumәtlәr gәldi-gedәrdi,
          onlar bir-biri ilә dalaşır-vuruşur, sadә insanların dәrisini
          soyurlar. Sonra da barışıb, yenә öz bildiklәrini elәyirlәr.
          Dәyişmәyәn, dәyәrli bir şey varsa – o da ticarәtdir. Alman,
          ingilis vә ya rus, kim gәlirsә-gәlsin, fәrqi yoxdur, bizim әn
          vacib işimiz alverdir, alver yaxşıdırsa, demәli, hәr şey yaxşıdır.
             Deyәsәn, bu nitqi irad elәmәk üçün Filippo xeyli әmәk
          sәrf etmәli olmuşdu – yazığın alnı da, gicgahları da tәr
          damcıları ilә örtülmüşdü. Sözünü qurtarıb, araq stәkanını
          başına çәkdi, dәsmalla üzünün tәrini sildi. Әtrafına toplaşmış
          qaçqınlar ona yarınmaq üçün dәridәn-qabıqdan çıxır, hәr
          sözünü alqışlayırdılar. Onları başa düşmәk çәtin deyildi – bu
          yaltaq dәlәduzlar Filipponun hesabına yeyib-içirdilәr.
             – Yaşasın Filippo! Yaşasın ticarәt! – onlardan biri qışqırdı.
             – Düz deyirsәn, Filippo, – o birisi gülә-gülә dedi, – alver
          alverdir: gör son vaxtlar nә qәdәr hadisәlәr olub, amma şıdırğı
          alver gedir, sәnin işlәrin dә pis deyil. Elә deyilmi, Filippo?
             Üçüncü qaçqın hәr şeyi bilәn sәriştәli adam әdasıyla sözә
          qarışdı:



                                                              83
   78   79   80   81   82   83   84   85   86   87   88