Page 67 - alberto moravia_Макет 1
P. 67
Çoçara
vә fikirlәşdim ki, görәsәn, evә qayıdana kimi nә qәdәr belә
sәhәrlәr görmәli olacağam.
Hava boz-bulanıq idi, ağarmaqda olan göy üzü seyrәk sarı
ulduzlarla süslәnmişdi, elә bil yenidәn gecә düşürdü, aydınlıq
bir gecә; hәrәkәtsiz, mәhzun görkәmli ağaclar vә yola tökülmüş
çınqıl şehlә örtülmüşdü, yeridikcә yalın ayaqlarımız üşüyürdü.
Әtraf sәssizliyә bürünmüşdü, heç bir hәrәkәtlilik yox idi.
Ancaq artıq gecә deyildi, tezliklә quşların qanad sәslәri,
xışıltılar, çır-çırpı çırtıltısı eşidilmәyә başladı: tәbiәt yavaş-
yavaş yuxudan ayılırdı. Mәn irәlidә addımlayır, üfüqü haşiyәyә
almış dağlara baxırdım. Adama elә gәlirdi ki, seyrәk boz
lәkәlәrlә örtülmüş bu daşlı-qayalı dağlarda heç kәs yaşamır.
Ancaq mәn bu dağlarda doğulmuşdum, bilirdim ki, dağlara
qalxdıqca әkin tarlaları, meşәliklәr, evlәr görәcәyik, kәndlilәr
vә qaçqınlarla rastlaşacağıq. Fikirlәşirdim ki, görәsәn, bu
dağlarda başımıza daha nәlәr gәlәcәk, ümid edirdim ki,
Konçettanın ailәsi kimi quldur dәstәsinә yox, yaxşı adamlara
rast gәlәcәyik. Әn böyük istәyim isә o idi ki, ingilislәr, nәhayәt,
gәlib çıxsın vә biz Romaya, öz mәnzilimizә qayıda bilәk.
Günәş hәlә çıxmamışdı, ancaq dağların başı üzәrindәki sәma
artıq qırmızı rәngә boyanmağa başlamışdı. Birazdan sonuncu
ulduzlar da söndü, göy üzü solğun-mavi rәngә büründü,
qәfildәn zeytun bağının arxasından, ağacların boz budaqlarının
arasından günәş boylandı, gün işığı yavaş-yavaş yola yayılmağa,
ayağımız altındakı çınqıl isinmәyә başladı. Günәşin çıxmasına
çox sevindim.
– Burada heç müharibә hiss olunmur, adamın inanmağı da
gәlmir ki, indi haradasa qan tökülür.
Rozetta mәnә cavab vermәyә macal tapmadı, qәfildәn
dәniz tәrәfdәn sürәtlә bizә sarı şığıyan bir tәyyarә göründü.
Tez Rozettanın әlindәn tutdum, onunla birgә tarladakı çuxurun
üstündәn atlanıb, qarğıdalı zәmisinin içindә gizlәndik. Qarğıdalı
saplaqlarının arasında yerә uzanmışdıq, tәyyarә düz yolun
üstüylә, lap alçaqdan uçurdu. Mühәrrikin gurultusundan
67