Page 65 - alberto moravia_Макет 1
P. 65

Çoçara


          amma hәr tәrәfi aclıq, sәfalәt bürüyüb, belә vaxtlarda әrzağın
          qiymәti yoxdur. Oğullarım nә vaxtacan orada-burada gizlәnәcәk,
          qaraçı kimi sәrgәrdan gәzib-dolaşacaqlar? Heç olmasa, indi
          rahat nәfәs alarlar. Bu faşistlәri buraya Tanrı özü göndәrdi.
             Bir sözlә, o, Rozettanı qurban vermәyә hazır idi. Qәrara
          aldım ki, elә gecәykәn bu evi tәrk etmәliyik. Hәmişәki kimi
          dördümüz birlikdә şam elәdik: Mәn, Rozetta, Konçetta vә
          Vinçenso. Oğulları Fondidәydi. Nәhayәt, samanlıqda Rozettayla
          ikimiz qaldım.
             – Elә bilmә ki, Konçettanın dediklәri ilә razıyam, yalandan
          özümü elә göstәrirdim, bu adamlara bel bağlamaq olmaz. Gәl
          çamadanlarımızı hazırlayaq, sәhәr açılmamış çıxıb gedәrik
          buradan.
             – Hara gedәcәyik, ana? – Rozetta ağlamsınmış sәslә
          soruşdu.
             – Bu quldurların evindәn gedәcәyik. Özü dә biryolluq.
          Başımızı götürәk gedәk.
             – Hara?
             Çoxdandır ki, bu evdәn qaçmağı düşünürdüm, bunun üçün
          plan da qurmuşdum. Qızıma dedim:
             – Babangilә gedә bilmәyәcәyik, çünki kәnddәn hamını
          çıxarıblar, onların yerini dә bilmirәm. Әvvәlcә Tommazinonun
          yanına gedib, onunla mәslәhәtlәşәrik: mәncә, o, vicdanlı
          adamdır. Mәnә tez-tez deyirdi ki, qardaşının ailәsi dağlarda
          yaşayır, özü dә pis yaşamır. Tommazino bizi dә ora göndәrә
          bilәr. Heç nәdәn qorxma, qızım, anan yanındadır, pulumuz da
          var, pul isә әn yaxşı dostdur, ona hәmişә arxalanmaq olar.
          Әvvәl-axır bir yana çıxacağıq, narahat olma.
             Ona belә tәskinlik verirdim. Rozetta Vinçesonun icarәyә
          götürdüyü torpağın sahibi, Festanın ögey qardaşı Tommazinonu
          tanıyırdı. Tommazino alverçi idi, xırda ticarәtlә mәşğul olurdu.
          Pul qazanmaq istәyi o qәdәr güclüydü ki, qorxa-qorxa da olsa,
          qohum-әqrәbasının dağlarda daldalanmasına baxmayaraq, özü
          burada qalmışdı. Dağәtәyi düzәngahda yerlәşәn kiçik bir evdә


                                                              65
   60   61   62   63   64   65   66   67   68   69   70