Page 61 - alberto moravia_Макет 1
P. 61
Çoçara
tökmәk әvәzinә, onları qucaqlayıb bağrıma basardım. Bilәrdim
ki, qada-baladan uzaqdırlar.
– Yaxşı, bәsdir. Ağlayıb-sızlamağı qurtar, onların yerini
de.
– Nә bilirәm, nә deyim? İstәyirsәn, sәnә çaxır verim, әncir
qurusu verim, lap bir az qarğıdalı unu da verә bilәrәm, amma
oğullarım burada deyilsә, onların yerini necә deyim axı?
– Yaxşı, hәlәlik sәnin çaxırının dadına baxaq.
Onlar Konçettanın otluğa qoyduğu stullara әylәşdilәr.
Arvad şövqlә onlara qulluq elәmәyә başladı. O, bir şüşә çaxır,
iki stәkan vә kiçik hörmә sәbәtdә әncir qurusu gәtirdi. Stulu at
kimi minib oturan Meymun bir stәkan çaxır içib dedi:
– Sәnin oğulların fәraridir. Fәrarilәr haqqında verilmiş
fәrmandan xәbәriniz var? Әlә keçsәlәr, güllәlәnәcәklәr. Qanun
belәdir.
Konçetta kefini pozmadan cavab verdi:
– Yaxşı qanundur, fәrarilәri güllәlәmәk lazımdır… o
yaramazların hamısını güllәlәmәk lazımdır... Mәnim oğullarım
fәrari deyillәr, Meymun.
– Fәrari deyillәrsә, bәs kimdilәr?
– Әsgәrdirlәr, Mussolini uğrunda vuruşurlar, Mussolinini
yüz yaşasın.
– Elәdir, vuruşurlar… amma qara bazarda!
– Yenә çaxır süzüm?
Divara dirәndiyini hiss edәn Konçetta onlara çaxır tәklif
edirdi, bura yalnız içmәk üçün gәlmiş bu iki adam da dәrhal
razılaşırdı.
Rozettayla evin pillәkәnindә oturub onlara baxırdıq, bir az
aralıda çaxır içәn Meymun gözünü qızımdan çәkmirdi; özü dә
o, qıza şübhәli adam kimi baxmırdı, hiss olunurdu ki, qadın
gözәlliyi qanını coşdurur. Nәhayәt, Konçettadan soruşdu:
– Bu qadınlar kimdir?
İstәmirdim faşistlәr bizim Romadan gәldiyimizi öyrәnsinlәr,
odur ki, Konçettanı qabaqladım:
61