Page 60 - alberto moravia_Макет 1
P. 60
Alberto Moravia
isә düşük, ölüvay adamlara oxşayırdılar. Elә bil başqalarını
qorxutmaq istәdiklәri silahdan özlәri daha çox qorxurdular.
Biri taygöz idi, saçı tökülmüş, sifәtini qırış basmışdı, qurumuş
şabalıda oxşayırdı, ensiz çiyinlәrinә baxanda adamın ona
yazığı gәlirdi, batıq gözlәri, әyri burnu, tüklü üzü çox iyrәnc
idi. O birinin bir qarış boyu vardı, lap cırtdana oxşayırdı, başı
professor başı kimi böyük idi; bu gözlüklü, gonbul adam çox
ciddi görünürdü. Konçetta dәrhal yaxınlaşıb salamlaşdı vә
üzünü onlardan birinә tutaraq:
– Nә lazımdır, Meymun? – deyә soruşdu. Orasını da
deyim ki, “Meymun” lәqәbi o kişiyә çox yaraşırdı.
Arıq, keçәl faşist üstünü vurmadı, әlini silahının üstünә
qoydu vә bir ayağını qaldırıb, birini salaraq ötkәm sәslә dedi:
– Biz bir-birimizi yaxşı başa düşürük, Konçetta. Yaxşı
bilirsiniz, nә axtarırıq. Bәli, siz bunu çox yaxşı bilirsiniz.
– İnan ki, nә demәk istәdiyini başa düşmürәm. İçmәk
istәyirsәn? Çaxırdan, çörәkdәn nә lazımdı? Çörәyimiz azdır,
sәnә ikilitrlik çaxır şüşәsi, üç-dörd dәnә dә әncir qurusu verә
bilәrәm. Bundan savayı, kәnddә heç nә tapmaq mümkün deyil.
– Hiylәgәr qadınsınız, Konçetta, amma mәn sizdәn dә
hiylәgәrәm.
– Nә danışırsan, Meymun? Mәgәr mәn hiylәgәrәm?
– Hә, hiylәgәrsәn, әrin dә hiylәgәrdir, ancaq oğulların
hamıdan hiylәgәrdir.
– Oğullarım? Allah bilir, indi hardadırlar… Çoxdandır
onları görmürәm. Yazıqlar Albaniyada kral vә Mussolini
uğrunda can qoyurlar, Allah kömәklәri olsun.
– Nә kral? Biz respublikada yaşayırıq, Konçetta.
– Elә isә yaşasın respublika!
– Oğulların da Albaniyada yox, buradadırlar.
– Elә olsaydı, nә dәrdimiz vardı…
– Hә, dünәn onları Kookurutso yaxınlığında alver elәyәrkәn
görüblәr.
– Nә çәrәnlәyirsәn, Meymun? Oğullarım burada olsaydılar,
mәndәn xoşbәxt adam tapılmazdı. Gecәlәr sәhәrәcәn göz yaşı
60