Page 48 - alberto moravia_Макет 1
P. 48

Alberto Moravia


            addım sәslәri bizi vahimәyә salırdı. Hәrdәn dayanıb qapıları
            döyür, ev sahiblәrini sәslәyirdim, ancaq nә qapını açan olurdu,
            nә dә hay verәn. Belәcә, “Xoruz” yemәkxanasına gәlib çatdıq.
            Yemәkxananın qarşısındakı lövhәdә rәngi soluxmuş, yoluq
            bir xoruz tәsviri vardı. Yaşıl rәnglә boyanmış köhnә qapıdan
            qәdimi qıfıl asılmışdı. Qapının iri açar deşiyindәn baxıb,
            qaranlıq otaq vә bağa açılan pәncәrә gördüm. Pәncәrәdәn
            günәşin nuruna boyanmış üzümlük görünürdü. Yaşıl talvardan
            sallanan qara üzüm salxımları göz oxşayırdı. Otaqda stoldan
            başqa heç nә gözә dәymirdi. Burada da heç kәs yox idi,
            yemәkxananın sahibi hamıyla birlikdә qaçıb getmişdi.
                Bu da sәnә kәnd, Romadan betәrdir! Romada olmayanları
            kәnddә tapmaq ümidim boşa çıxmışdı.
                – Bilirsәn nә var? – Rozettaya dedim. – Gәl bir az dincәlәk,
            sonra stansiyaya qayıdaq: Romaya geri dönsәk yaxşıdır.
                Dediyim kimi elәsәk, ziyanın yarısından geri dönmüş
            olardıq! Ancaq bombardmanları yadına salıb, qorxudan gözlәri
            böyüyәn Rozettanın üz ifadәsini görüncә әlavә etdim:
                – Ancaq әvvәlcә bir cәhd dә elәyәk: axı biz yalnız Fondini
            görmüşük, gәl başqa kәnd tapaq. Bәlkә, bәxtimiz gәtirdi, bir-
            iki günlüyә bizi evindә saxlamaq istәyәn kәndliyә rast gәldik!
            Sonrasına baxarıq.
                Alçaq daş hasarın üstündә oturub dincimizi aldıq; kirimişcә
            oturmuşduq, tәrk edilmiş şәhәrin sükutunu pozan sәsimizdәn
            özümüz dә xoflanırdıq. Dincәlәndәn sonra çamadanları başımıza
            alıb yolumuza davam etdik. Tәxminәn yarım saat kәndarası
            yolla irәlilәdik. Gün şaxıyırdı, yol Fondidәki kimi un rәngindә
            tozla örtülmüşdü. Yolun kәnarında portağal bağları gördük vә
            gözümüzә ilk dәyәn cığıra burulduq. Fikirlәşdim ki, әvvәl-
            axır bu cığır bizi harasa aparıb çıxaracaq, kәnddә bütün cığırlar
            harasa gedib çıxır. Portağal ağacları sıx bitmişdi, yarpaqları
            tәrtәmiz idi, elә bil yağış yumuşdu. Üzücü istidәn sonra
            ağacların kölgәsindә özümü nisbәtәn gümrah hiss elәdim.


              48
   43   44   45   46   47   48   49   50   51   52   53