Page 45 - alberto moravia_Макет 1
P. 45

Çoçara


          çox istiydi, әtrafı sükut sarmışdı, pәncәrәdәn yalnız vağzal
          meydanını dövrәlәmiş çinarlar görsәnirdi. İsti günәşin qarsdığı,
          toza batmış çinarların yarpaqları arasında cırcıramalar sәs-
          sәsә vermişdi, elә bil avqust yox, sentyabr ayıdır. Әsl kәnd
          mәnzәrәsiydi; on altı yaşımacan mәn dә peyin, toz vә qarsalanmış
          ot qoxuyan kәnddә yaşamışdım. Ayağımı qarşıdakı skamyanın
          üstünә qoyub, qeyri-iradi, ucadan dedim:
             – Bu sәssizliyi eşidirsәn? Görürsәn nә gözәldir? Nә yaxşı
          Romadan çıxdıq.
             Elә bu vaxt kupenin qapısı açıldı, kimsә içәriyә boylandı.
             Bu, üzünü tük basmış hündürboy, qarayağız dәmiryol
          işçisiydi, pencәyinin yaxası açıq idi, furajkasını yana itәlәmişdi.
          İçәri girib acıqlı sәslә dedi:
             – Nuş olsun.
             Fikirlәşdim ki, yәqin, acdır, kağızın üstündә doğradığım
          kolbasaya işarә edib cavab verdim:
             – Buyurun, qonaq olun.
             O isә get-gedә daha çox özündәn çıxırdı:
             – Lәnәt şeytana! Çıxın buradan.
             – Biz Fondiyә gedirik, – biletlәrimizi ona uzatdım. Ancaq
          o, biletlәrә gözünün ucuyla da baxmadı.
             – Görmürsünüz, hamı düşüb? Bu, son dayanacaqdır.
             – Necә? Bәs Fondiyә getmәyәcәyik?
             – Yox, yol kәsilib!  – sonra sәsini bir qәdәr yumşaldıb
          әlavә etdi: – Buradan Fondiyә ayaqla yarımsaatlıq yoldur.
          Düşün, qatar birazdan Romaya geri qayıdacaq.
             Qapını çırpıb getdi. Yerimizdә quruyub-qalmışdıq, әlimizdә
          buterbrod, bir-birimizә baxırdıq. Rozettaya dedim:
             – İşimiz fırıqdır.
             – Eybi yoxdu, ana, gәl gedәk maşın axtaraq, – qız sanki
          fikirlәrimi oxuyurdu.
             Çamadanları götürüb qatardan düşdük. Nә perronda adam
          gözә dәyirdi, nә vağzalda, nә dә vağzal meydanında. Meydandan


                                                              45
   40   41   42   43   44   45   46   47   48   49   50