Page 41 - alberto moravia_Макет 1
P. 41
Çoçara
kupedә sәkkiz әsgәr oturub. Kirimişcә, hәrәkәtsiz oturmuşdular,
sanki tәrpәnmәyi vә danışmağı onlara qadağan etmişdilәr.
Nәhayәt, üçüncüdәrәcәli vaqonlardan birindә italyanları gördük.
Kupelәrdә vә keçidlәrdә iynә atsan, yerә düşmәzdi. Vaqonu
ağzınacan doldurmuş insanlar sallaqxanaya aparılan heyvanları
xatırladırdı – onların rahatlığı barәdә düşünәn yox idi. İtalyanlar
da kirimiş, hәrәkәtsiz idilәr, ancaq onlar yorğunluqdan vә
ümidsizlikdәn susub, hәrәkәt etmirdilәr. Almanlar isә hәr
dәqiqә yerlәrindәn sıçrayıb, döyüşmәyә hazır idilәr. Rozettaya
dedim:
– Görürsәn? Deyәsәn, ayaq üstә getmәli olacağıq.
Belә dә oldu. Vaqonda oturmağa yer tapmadıq. Axırda
ayaqyolunun yanında çamadanları yerә qoyub üstündә oturduq.
Vaqonların çirkli pәncәrәsindәn düşәn gün işığı havanı bәrk
qızdırmışdı. Covanni hәlә yanımızdaydı.
– Mәn gedim, qatar indicә yola düşәcәk.
Ancaq yanımızda çamadanını qoyub oturan, tәpәdәn-
dırnağa qara geyinmiş bir kişi gözünü qaldırmadan, kәdәrli
sәslә dedi:
– İndicә… Hm… Üç saatdır gözlәyirik.
Buna baxmayaraq, Covanni bizimlә vidalaşdı. O, Rozettanın
yanaqlarından, mәnim dodağımın qırağından öpdü – bәlkә dә,
dodağımdan öpmәk istәyirdi, ancaq üzümü vaxtında çevirdim.
Covanni çıxıb getdi, bizsә gözlәmәyә başladıq. Mәn böyük
çamadanın üstündә oturmuşdum, Rozetta isә kiçik çamadanın.
Yarım saat belәcә oturduqdan sonra qız başını dizimin üstündәn
qaldırıb soruşdu:
– Nә vaxt yola düşәcәyik, ana?
– Mәn dә sәnin kimi, heç nә deyә bilmәrәm, qızım, –
cavab verdim.
Belәcә xeyli oturduq, arabir mәnә qısılmış Rozettanın
başını sığallayır, onu sakitlәşdirmәyә çalışırdım. Keçiddә
bәzilәri elә ayaq üstdәcә mürgülәyir, ah-uf edirdilәr. Hava
41