Page 43 - alberto moravia_Макет 1
P. 43

Çoçara


                                    II fәsil


             Bir saata qәdәr yatdım, ayılanda gördüm ki, qatar dayanıb,
          hәr yan sükut içindәdir.  Vaqonda bürküdәn nәfәs almaq
          olmurdu; Rozetta başını pәncәrәdәn çölә çıxarıb nәyәsә baxırdı.
          Adamlar vaqon uzunu pәncәrәlәrin önünә düzülmüşdü. Yuxudan
          kal ayılmışdım, tәrliydim, yerimdәn güclә qalxıb pәncәrәyә
          yaxınlaşdım. Buludsuz sәmada günәş şaxıyırdı, әtrafımızı
          üzümlüklәrlә örtülmüş yaşıl tәpәlәr sarmışdı, qatarın qabağındakı
          tәpәnin üstündә isә bir ev yanırdı. Evin pәncәrәlәrindәn qırmızı
          alov dillәri vә qara tüstü yüksәlirdi. Әtrafda isә qәribә bir
          sakitlik vә hәrәkәtsizlik hökm sürürdü. Birdәn hay-küy düşdü,
          adamlar qışqırışmağa başladı:
             – Baxın, odur, odur!
             Adamların barmaq tuşladığı sәmtә baxıb, sәmada qara bir
          böcәk gördüm, az sonra böcәk tәyyarәyә çevrildi. Elә bu vaxt
          başımız üzәrindә mühәrrik gurultusu vә tikiş maşınının
          şaqqıltısına bәnzәr dәmir-dümür sәslәri eşidildi. Sonra gurul-
          tu-nәrilti sәslәri uzaqlaşdı, ardınca dәhşәtli partlayış qopdu.
          Hamı yerә yıxıldı, tәkcә mәn uzanmağa macal tapmadım,
          daha doğrusu, bu, ağlıma da gәlmәdi. Pәncәrәdәn baxıb
          gördüm ki, yanan ev gözüm önündәcә tәpәnin üstü ilә sürünә-
          sürünә qatara doğru gәlәn qatı boz dumana büründü. Әtraf
          yenidәn sükuta qәrq oldu. Sağ qaldığına inanmayanlar yavaş-
          yavaş qalxıb, yenidәn pәncәrәlәrә yaxınlaşdı.  Toz-duman
          çәkilәndәn sonra evi yerindә görmәdik, elә bil yoxa çıxmışdı.
          Bir neçә dәqiqәdәn sonra qatar yoluna davam etdi.
             Bu, yolda başımıza gәlәn әn böyük hadisәydi. Qatar tez-
          tez açıq sahәlәrdә dayanır, bir saata yaxın gözlәdikdәn sonra
          yenidәn hәrәkәtә başlayırdı. Odur ki, ikisaatlıq yolu altı saata
          getmәli olduq. Romada hava bombardmanlarından hәmişә
          vahimәlәnәn Rozetta dedi:



                                                              43
   38   39   40   41   42   43   44   45   46   47   48