Page 39 - alberto moravia_Макет 1
P. 39

Çoçara


          qaldırıb divarlara yapışdırılmış müharibә plakatlarını isladırdılar.
          Haribaldi körpüsü ilә  Tibr çayının üstündәn adladıq, sonra
          Arenula yaşayış massivini, Argentina vә Venesiya meydanlarını
          arxada qoyduq. Bir neçә gün әvvәl Sütunlu meydanda gördüyüm
          qara bayraqlardan biri dә Mussolininin sarayının eyvanından
          asılmışdı. Sarayın giriş qapısını iki silahlı faşist qoruyurdu.
          Meydanda heç kәs yox idi deyә olduğundan böyük görünürdü.
          Әvvәlcә qara bayrağın üstündәki qızılı faşist emblemini
          görmәdim vә mәnә elә gәldi ki, bu, matәm bayrağıdır; külәksiz
          havada sallanan bayraq, adәtәn, ölüsü düşәn evlәrin qarşısından
          asılan qara parçanı xatırladırdı. Faşist emblemini görәndәn
          sonra başa düşdüm ki, bu, Mussolininin bayrağıdır. Covannidәn
          soruşdum:
             – Mәgәr Mussolini qayıdıb?
             Covanni siqarı ağzından çıxarmadan vәcdlә dedi:
             – Qayıdıb, ümid elәyәk ki, hәmişәlik burada qalacaq.
             Eşitdiyimә tәәccüblәndim: bilirdim ki, Covanninin
          Mussolinidәn xoşu gәlmir. Covanninin dediklәrinә hәmişә
          tәәccüblәnirdim, onun nә fikirlәşdiyini bilmәk olmurdu. Ancaq
          o, böyrümü dümsüklәyәrәk, eyhamla başa saldı ki, bu sözlәr
          mәnә yox, faytonçuya ünvanlanıb. Mәncә, bu qәdәr ehtiyatlı
          olmağa ehtiyac yox idi: faytonçu yaxşı adama oxşayırdı.
          Papağının altından ağ saçları görünürdü, özü dә casusdan çox,
          mәnim babamı xatırladırdı.
             Nasionale küçәsinә gәlib çatdıq. Günәş Neron qüllәsinin
          arxasından boylanmağa başladı, birdәn-birә hava aydınlaşdı.
          Vağzala yan aldıq. Binanın içәrisi qaranlıq idi, gecәymiş kimi,
          hәlә dә lampalar yanırdı. Adam әlindәn tәrpәnmәyә yerә yox
          idi, çoxu da bizim kimi әliçamadanlı, bağlamalı sadә adamlar
          idi. Silahlı alman әsgәrlәri dә çox idi. Heybәsini çiyninә almış
          әsgәrlәr qaranlıq künclәrdә dayanıb söhbәtlәşirdilәr. Covanni
          bizi vağzalın ortasında qoyub bilet almağa getdi. Onu
          gözlәyәrkәn, birdәn-birә dәhşәtli gurultu qopdu –  platformada


                                                              39
   34   35   36   37   38   39   40   41   42   43   44