Page 35 - alberto moravia_Макет 1
P. 35
Çoçara
yatdığımı zәnn edirdim. Әsәb gәrginliyi vә yorğunluq mәni
әldәn-dildәn salmışdı. Fikirlәşirdim ki, yәqin, gecәnin bir
alәmindә bağda İudanı gözlәyәn İsa Mәsih dә mәnim qәdәr
mәşәqqәt çәkmәyib. Neçә ildir yaşadığım mәnzili tәrk etmәli
olduğumu fikirlәşәndә ürәyim sızlayırdı. Üstәlik, qorxu bütün
vücudumu sarmışdı: yolda qatarımızı pulemoyt atәşinә tuta
bilәrdilәr vә ya ümumiyyәtlә, qatara minә bilmәzdik. Axı söz-
söhbәt gәzirdi ki, tezliklә Romaya giriş-çıxış mümkün olmayacaq.
Rozettaya görә çox narahat idim, öz-özümә fikirlәşirdim ki,
gör әrim nә qәdәr vecsiz, bekara adam olub – iki qadını
kömәksiz, başlı-başına buraxıb dünyasını dәyişdi. Mәlum
mәsәlәdir, yiyәsiz-sahibsiz qadın harada olduğunu kәsdirmәyәn,
әlhavasına gәzib-dolaşan korlara oxşayır.
Bilmirәm saat neçәydi, küçәdәn atışma sәslәri gәldi – hәr
axşam atışırdılar, elә bil tirdәsәn. Rozetta yuxudan ayılıb
soruşdu:
– Nolub, ana?
– Heç nә, heç nә… Bu it uşağı yenә әylәnir. Allah elәyә,
bir-birini qırıb qurtaralar!
Bir dәfә dә düz evin yanından yük maşınları keçmәyә
başladı. Ev lәrzәyә gәlmişdi, maşınların isә ardı-arası kәsilmirdi;
hamısı keçib-gedәndәn sonra birdәn-birә, dәhşәtli gurultu
qopdu, sәn demә, onlardan biri geridә qalıbmış. Rozettanı
qucaqladım, o isә başını sinәmә qoydu. Ona döşümlә süd
verdiyim vaxtları xatırladım; bütün Lasioda yaxşı ad çıxarmış
Çoçariya qadınları kimi, mәnim dә südüm çox idi. Rozetta
südümü әmir, gündәn-günә әtә-qana dolurdu. Böyüdü, elә
yaraşıqlı qız oldu ki, küçәdә adamlar ayaq saxlayıb, tamaşasına
dururdular.
Yataqda uzanıb fikirlәşirdim ki, Rozetta qorxa-qorxa
yaşayacaqdısa, dәrddәn-qayğıdan başı açılmayacaqdısa, heç
doğulmasa yaxşıydı. Sonra öz-özümә dedim: günahdır, belә
fikirlәr yalnız gecәlәr yaranır, qaranlıqda xaç çevirib, İsa
35