Page 31 - alberto moravia_Макет 1
P. 31

Çoçara


          sonra dükana getdik. Dükandakı әşyaların siyahısı çox da
          uzun deyildi: rәflәr, piştaxta, bir neçә stul, vәssalam, başqa
          heç nә yox idi; korluq çәkdiyimiz son aylarda hәr şeyi satıb-
          sovmuşdum… Yenidәn mәnzilә qayıdanda mәyus-mәyus de -
          dim:
             – Bu siyahılar nәyә lazımdır? Onsuz da, bura qayıdan
          deyi lәm.
             Oturub rahatca siqar tüstülәdәn Covanni başını buladı:
             – Nә danışırsan? İki hәftәyә ingilislәr burada olacaq, bunu
          faşistlәrin özü deyir… Bu iki hәftәni kәnddә keçirәrsәn, sonra
          qayıdıb gәlәrsәn, oturub sәnin gәlişini qeyd elәyәrik.
             Covanni qızımla mәnә tәskinlik vermәyә başladı vә deyәsәn,
          bunu bacardı da – o çıxıb gedәndә eynimiz açılmışdı. Onu
          ötürmәk üçün dәhlizә çıxdım, burada tәk qalmağımıza bax-
          mayaraq, әlini arxama şappıldatmadı, sadәcә әrimin sağlığında
          elәdiyi kimi, üzümü tumarladı; bu anlarda ona minnәtdar
          idim, birdәn-birә mәnә elә gәldi ki, aramızda heç nә olmayıb
          vә mәn qәtiyyәn dәyişmәmişәm.
             Yola çıxmağa hazırlaşırdıq. Torbaya kolbasa, bir neçә qutu
          siyәnәk balığı, bir qutu balıq konservi vә çörәk qoydum.
          Sonra ata-anam üçün hәdiyyәlәri yerbәyer elәdim. Ölümündәn
          qabaq әrim özünә tәzә kostyum tikdirib, tapşırmışdı ki, onu
          bu kostyumda dәfn elәyәk. İndi kostyumu atama aparırdım –
          onların bәdәn ölçüsü tәxminәn eyni idi. Yun parçadan tikilmiş
          kostyum o qәdәr xoşuma gәlmişdi ki, ona heyifim gәldi –
          әrimin sözündәn çıxdım. Onu köhnә mәlәfәyә büküb dәfn
          elәdim, kostyumu isә saxladım. Nimdaş olsa da, hәlә yırtılmamış
          çәkmәlәri dә götürdüm. Anama şal vә әtәk bağışlamağı qәrara
          aldım. Evdәki әrzağın hamısını – üç-dörd kilo şәkәr, qәhvә,
          konserv vә kolbasanı da bunlara әlavә etdim. Hamısını üçüncü
          çamadana yığdım. Belәliklә, üç çamadanımız oldu. Hәr ehtimala
          qarşı, vaqonda lazım olar deyә özümüzlә yorğan vә balış da
          götürdük. Hamı deyirdi ki, indi qatarlar Romadan Neapola iki


                                                              31
   26   27   28   29   30   31   32   33   34   35   36