Page 27 - alberto moravia_Макет 1
P. 27

Çoçara


          parıldatdığım vaxtlar arxada qalmışdı. Hәyatım arabadan
          düşmüş yeşiyә oxşayırdı: yeşiyin taxtaları qopmuş, içindәkilәr
          yola dağılmışdı. Hәr dәfә Covanninin әlini arxama şappıldatdığını
          yadıma salanda mәnә elә gәlirdi ki, artıq yolumu azıb
          quduzlaşmışam, indәn belә oğurluq da elәyә bilәrәm, adam da
          öldürәrәm. Çünki özümә hörmәtim qalmamışdı, mәn tamamilә
          başqa qadına çevrilmişdim. Yalnız Rozettayla tәskinlik tapırdım,
          ümid edirdim ki, o, mәnim yolumla getmәyәcәk, itirdiyim
          şeylәri özündә qoruyub saxlayacaq. Axı onu bütün mәhrumiy -
          yәt lәrdәn qorumağa çalışan anası vardı. Bizim hәyatımız
          vәrdişlәrimizdәn ibarәtdir, xeyir işlәr, xoş әmәllәr belә vәrdişdir.
          İnsan öz vәrdişlәrini tәrgitmәli olanda hәyat cәhәnnәmә çevrilir,
          nә özünә, nә başqalarına hörmәt qoyan şeytanlar meydan
          sulamağa başlayır.
             Rozetta, hәlә ki, yumşaq tüklü pişiyinә görә narahat olmur -
          du. O, vaxtilә küçәdәn tapdığı pişik balasını doğramacla bәs -
          lәyib böyütmüşdü; gecәlәr onu öz yanında yatızdırırdı. Gündüzlәr
          pişik küçük kimi qızın arxasınca gәzib-dolaşırdı. Mәslәhәt
          gördüm ki, pişiyi hәlәlik qonşu evdә yaşayan dalandar qadına
          versin, Rozetta da mәnimlә razılaşdı.
             O, çamadanını hazırlayıb çarpayıda oturmuşdu. Pişik
          dizlәrinin üstündә xumarlanırdı. Rozetta onu tumarladıqca
          pişiyin gözlәri axır, lәzzәtlә xoruldayırdı. Yazığın xәbәri yox
          idi ki, sahibi onu atmağa hazırlaşır. Qızın әzab çәkdiyini
          görüb, ona ürәk-dirәk vermәyә başladım:
             – Әziz balam, görәrsәn, bu dövran keçib gedәcәk, hәr şey
          yaxşı olacaq… Müharibә qurtarar, bolluq olar, ailә qurub öz
          әrinlә birgә firavan yaşayarsan.
             Elә bu an, sanki mәnim sözlәrimә cavab olaraq, hava
          hәyәcanı siqnalı eşidildi, qorxudan ürәyim ayağımın altına
          düşdü; mәnә elә gәlirdi ki, bu vıyıltı bәdbәxtlik gәtirir. Hәyәtә
          açılan pәncәrәyә yaxınlaşdım, yumruğumu düyüb, göydә
          cövlan elәyәn tәyyarәni hәdәlәdim:


                                                              27
   22   23   24   25   26   27   28   29   30   31   32