Page 30 - alberto moravia_Макет 1
P. 30

Alberto Moravia


            badam üçün farfordan düzәldilmiş qutu, iki heykәlcik – çoban
            oğlan vә çoban qız, mavi mәxmәrdәn sancaq döşәkçәsi, Sor-
            rentodan gәtirilmiş, qapağında Vezuainin tәsviri olan musiqi
            mücrüsü, iki qrafin vә ağır, çapma stәkanlar, әlvan çinidәn
            hazırlanmış, dağ lalәsi formasında olan güldan (içinә gül
            әvәzinә üç gözәl tovuzquşu lәlәyi qoyulmuşdu), iki rәngli
            rәsm әsәri: şәkillәrdәn birindә qucağında körpә tutmuş Mәryәm
            Ana, digәrindә isә qaradәrili kişi vә sarışın qadın tәsviri –
            mәnә demişdilәr ki, bu, “Otello” operasından sәhnәdir, Otello
            qara kişinin adıdır.
                Sonra Covannini yataq otağından mәtbәxә apardım. Onda
            mәtbәxdәn hәm dә qonaq otağı kimi istifadә edirdim, tikiş
            maşınını da ora qoymuşdum. Onu mәcbur etdim ki, girdә
            stolu vә yaşıl mәxmәrlә üzlәnmiş dörd stulu bir-bir әliylә
            yoxlasın. Stol ceviz ağacından düzәldilmişdi, üstünә kiçik
            toxunma süfrә sәrmişdim, yataq otağındakı güldandan birini
            dә buraya qoymuşdum. Sonra bufeti açıb altıadamlıq, naxışlı,
            bәr-bәzәkli servizi nümayiş etdirdim – bu servizdәn ikicә dәfә
            istifadә etmişdim. Burada ona bir daha tapşırdım:
                – Bax ha, bu serviz mәndәn ötrü çox qiymәtlidir… Sın dı r -
            san, özünü ölmüş bil…
                Covanni gülümsünüb cavab verdi:
                – Narahat olma!
                Bundan sonra siyahıdakı digәr әşyaları göstәrdim: iki tablo –
            gül-çiçәk tәsviri, tikiş maşını, radioqәbuledici, reps parçayla
            üzlәnmiş iki kreslolu kiçik divan, çәhrayı vә mavi şüşәdәn
            likör üçün altı qәdәhli serviz, bir neçә qәşәng konfet qutusu
            vә mücrü, üzәrindә Venesiya mәnzәrәlәri әks olunmuş gözәl
            yelpik. Sonra mәtbәxdәki qab-qacağı – alüminium vә mis
            qazanları, çәngәl-bıçağı, paslanmayan polad qaşıqları göstәrdim.
            Şkaf, kartofdoğrayan maşın, süpürgә vә döşәmәsilәn әsgini
            saxladığım dolab, üzünә sink çәkilmiş zibil vedrәsi – bunların
            hamısını bir-bir sadalayıb, Covanniyә tәhvil verdim. Bundan


              30
   25   26   27   28   29   30   31   32   33   34   35