Page 33 - alberto moravia_Макет 1
P. 33
Çoçara
Bu, çörәkçi Proettinin sәsi idi. Kobud, ağızdan pәrtöv
adam olduğu üçün ondan zәhlәm gedirdi.
– Ağzının danışığını bil… Otuz beş yaşım var, әrә gedәndә
on altı yaşındaydım, mәni almaq istәyәnlәr indi dә çoxdur,
özüm istәmirәm! – dedim.
– Lap pişiklә әt әhvalatını xatırlatdı, – Proetti cavab verdi.
Onda özümü saxlaya bilmәyib qayıtdım ki:
– Sәn get, öz fahişә arvadının dәrdini çәk! O, elә indi dә
sәnin papağını yerә soxur, paraşütçülәr gәlәndәn sonra nә
hoq qadan çıxacaq, Allah bilir!
Elә bilirdim, arvadı artıq kәnddәdir – onlar sutralı idilәr –
bir neçә gün әvvәl onun harasa getdiyini görmüşdüm. Sәn
demә, o da sığınacaqdaymış, sadәcә qaranlıqda görmәmişәm.
Birdәn-birә arvadın çığırtısını eşitdim:
– Fahişә özünsәn, idbar, murdar arvad!
O, qaranlıqda bizi dәyişik salıb, Rozettanın saçlarından
yapışdı. Rozetta çığırır, mәnsә onu qızımdan aralamağa
çalışırdım. Bundan bir şey çıxmadığını görüncә, arvadın üstünә
atıldım, ikimiz dә yerә yıxıldıq; bir-birimizin saçını yolur,
yumruqlaşırdıq. Qışqırıq sәsindәn qulaq tutulurdu. Rozetta
var sәsiylә çığırır, kömәk dilәyirdi. Nәhәyәt, bizi ayırdılar, elә
bu vaxt hәyәcan siqnalının sona çatdığını bildirәn sirena
sәslәndi. Sığınacağın işığı yananda biz üzbәüz dayanmışdıq;
ikimiz dә ağır-ağır nәfәs alırdıq, üst-başımız pis gündәydi;
bizi tutub saxlayan adamların saçları da pırtlaşıq idi, ara yerdә
onların da üz-gözünü cırmaqlamışdıq. Rozetta küncә qısılıb
hönkür-hönkür ağlayırdı.
Hәmin axşam tez yatdıq, şam yemәyinә әlimizi dә vurmadıq,
yemәyimiz elәcә stolun üstündә qaldı. Rozetta körpә uşaq
kimi mәnә qısılmışdı.
– Hәlә dә qorxursan? – ondan soruşdum.
– Yox, qorxmuram. Sәndәn bir şey soruşmaq istәyirәm,
ana: doğrudurmu ki, paraşütçülәr qadınların ismәtinә toxu -
nur?
33