Page 34 - alberto moravia_Макет 1
P. 34

Alberto Moravia


                – O axmağa fikir vermә, ağzına gәlәni danışır, – dedim.
                – Doğrudur, ya yox? – qız sakitlәşmәk bilmirdi.
                –  Yox, doğru deyil… Onsuz da, sabah kәndә gedirik,
            orada bizә heç nә olmaz. Rahat yat, – onu ovutmağa çalışdım.
                Bir qәdәr susub, yenidәn soruşdu:
                – Bizim evә qayıda bilmәyimiz üçün kim qәlәbә çalsa
            yaxşıdır: almanlar, yoxsa ingilislәr?
                Necә deyәrlәr, pis yerdә axşamlamışdım – dediyim kimi,
            o vaxtlar nә qәzet oxuyurdum, nә dә müharibәnin gedişatıyla
            maraqlanırdım.
                – Kim nә danışır, özü bilәr, – cavab verdim, – mәnim
            bildiyim odur ki, ingilislәr dә, almanlar da bir bezin qırağıdır…
            Bir-birini qırırlar, bizim kimi sadә adamların fikri isә onları
            maraqlandırmır. Bilirsәn bizә nә lazımdır? Qoy hansısa әmәlli-
            başlı qәlәbә çalsın, bu müharibә qurtarsın. İngilis, ya alman –
            fәrqi yoxdur, tәki biri o birindәn güclü çıxsın.
                Ancaq Rozetta sualı suala calamışdı:
                – Hamı deyir ki, almanlar pisdir, onlar nә pis iş görüblәr,
            ana?
                – Bundan artıq neylәmәlidirlәr? Öz evlәrindә oturmaq
            әvәzinә, gәlib buralara doluşublar… Odur ki, hamının onlardan
            zәhlәsi gedir.
                – Bәs biz getdiyimiz yer kimin әlindәdir: almanların,
            yoxsa ingilislәrin?
                Nә cavab verәcәyimi bilmәdiyim üçün dedim:
                – Orada alman, ingilis-filan yoxdur, çәmәnliklәr, inәklәr,
            kәndlilәr, xoş gün-güzәran var. İndi isә yat.
                Rozetta böyrümә daha bәrk qısılıb, başqa heç nә soruşmadı;
            bir müddәt sonra mәnә elә gәldi ki, artıq yuxuya gedib.
                Dәhşәtli gecәydi!  Tez-tez yuxudan ayılırdım; deyәsәn,
            Rozetta da yatmırdı, sadәcә mәni narahat etmәmәk üçün
            özünü yuxuluğa vurmuşdu. Bәzәn mәnә elә gәlirdi ki, oyağam,
            әslindә isә, yuxu görürdüm, hәrdәn dә, oyaq olduğum halda


              34
   29   30   31   32   33   34   35   36   37   38   39