Page 36 - alberto moravia_Макет 1
P. 36

Alberto Moravia


            Mәsihә vә Mәryәm  Anaya yarlvardım ki, bizi hifz elәsin.
            Divarın o üzündә yaşayan ailә tualet otağında hin düzәltmişdi.
            Orada xoruz banladı, belәcә sәhәrin açılmasını gözlәyә-gözlәyә
            yuxuya getdim.
                Aramsız zәng sәslәrindәn oyandım, deyәsәn, qapının zәngi
            çoxdan çalınırdı. Yataqdan qalxıb, qaranlıqda qapıya getdim:
            Covanni idi, donquldana-donquldana içәri girdi:
                – Qış yuxusuna getmisiniz? Bir saatdır zәngi çalıram.
                Gecә köynәyindәydim, demәliyәm ki, döşlәrim elә indi dә
            dik durur, heç lifçik dә taxmıram, o vaxtlar isә köynәyin
            altından qabaran döşlәrim indikindәn dә yaxşıydı, ağır idi,
            ancaq sallanmırdı. Gördüm Covanni sinәmә zillәnib, gözlәri
            isә közәrmiş kömür kimi alışıb-yanır. Әlini uzadıb döşümdәn
            tutmaq istәdi, ancaq buna imkan vermәdim:
                –  Yox, Covanni, yox… Artıq sәn mәnim üçün yoxsan,
            aramızda olanları unut getsin. Evli olmasaydın, sәnә әrә
            gedәrdim, amma sәn evlisәn, odur ki, başqa şeylәri ağlına
            gәtirmә.
                Nә “hә” dedi, nә dә “yox” – gördüm özünü әlә almağa
            çalışır. Nәhayәt, sakitlәşib hәmişәki adi sәsiylә dedi:
                – Sәn haqlısan… Ümid elәyәk ki, mәnim yaramaz arvadım
            müharibәdә ölәcәk, sәn qayıdıb gәlәndә mәn artıq dul olacağam
            vә biz rahatca evlәnәcәyik… Bombalama zamanı o qәdәr
            adam ölür ki, o da ölә bilәr dә…
                Bu sözlәrә heyrәtlәndim, yenә qulaqlarıma inana bilmirdim – o,
            dost olduğu әrimi yaramaz adlandıranda da tәәccüblәnmişdim.
            Covanninin arvadını tanıyırdım, elә bilirdim ki, bir-birinә çox
            bağlıdılar – nә vaxtdı evliydilәr, üç oğulları vardı. Covanninin
            qәfildәn arvadını lәnәtlәmәsi, ona ölüm arzulaması mәni
            çaşbaş salmışdı. Sözlәrindәn belә çıxırdı ki, arvadına çoxdan
            nifrәt elәyir, bәlkә dә, nә vaxtsa onu sevirmiş, amma indi
            yalnız kin bәslәyir. Sözün düzü, öz yaxın dostunu vә çoxdan
            evli olduğu qadını “әclaf”, “yaramaz” adlandıran adamdan


              36
   31   32   33   34   35   36   37   38   39   40   41