Page 32 - alberto moravia_Макет 1
P. 32
Alberto Moravia
günә gedib çıxır, bizsә bu iki şәhәrin arasındakı stansiyada
düşәcәkdik, odur ki, işimizi ehtiyatlı tutmalıydıq.
Axşamtәrәfi fikrim dağılsın deyә isti şam yemәyi hazırladım,
ancaq masa arxasına yenicә keçmişdik ki, hәyәcan siqnalının
vıyıltısı eşidildi. Yerindәn dik atılan Rozettanın qorxudan
rәngi qaçdı, bayaqkı tәmkinindәn әsәr-әlamәt qalmadı, mәcbur
olub zirzәmiyә endik. Әslindә, burada daldalanmağın da xeyri
yox idi, çünki köhnә evimizin üstünә bomba düşsәydi, yerlә
yeksan olacaqdı vә zirzәmidәn sağ qurtula bilmәyәcәkdik.
Buna baxmayaraq, sığınacağa pәnah apardıq; evin digәr
sakinlәri artıq oturacaqları doldurmuşdu. Hәyәcan siqnalı qırx
beş dәqiqә fasilәsiz çalındı. Hamı deyirdi ki, yaxın günlәrdә
ingilislәr Romaya daxil olacaq: guya onlar artıq Neapol
yaxınlığında yerlәşәn Salernoda quruya çıxıblar, Neapoldan
Romaya isә uzağı bir hәftәyә gәlib çatacaqlar; çünki almanlar
vә faşistlәr tülkü kimi qaçıb aradan çıxmağa çalışırlar, bu
gedişlә düz Alp dağlarınacan qaçacaqlar. Ancaq bәzilәri iddia
edirdi ki, almanlar Romanı asanlıqla tәrk etmәyәcәk; ona görә
ki, Mussolini paytaxtı әlindәn vermәk istәmir, o, Romanı
ingilislәrә vermәkdәnsә, tamamilә mәhv olmasını üstün tutur.
Bu söz-söhbәtlәri eşidәndәn sonra fikirlәşdim ki, Romadan
çıxıb getmәklә ağıllı iş tuturam; Rozetta hәr dәfә qorxa-qorxa
mәnә qısılanda ürәyimdәn qara qanlar axırdı, mәnә elә gәlirdi
ki, o yalnız Romadan kәnara çıxanda toxtaqlıq tapacaq. Bu
әsnada kimsә dedi:
– Deyirlәr, şәhәrә paraşütlә xüsusi adamlar atacaqlar, onlar
evlәrә soxulub, azğınlıq elәyәcәklәr.
– Necә yәni?
– Ev yaracaqlar, qadınlara tәcavüz edәcәklәr.
– Qoy gәlsinlәr, görüm neylәyәcәklәr? Mәnә toxunan ada -
mı bilirsәn neylәyәrәm?
Qaranlıqda istehzalı kişi sәsi eşidildi:
– Sәnә, bәlkә dә, toxunmazlar – sәnin yaşın keçib, amma
qızına toxunacaqlar, o yana da keçәcәklәr.
32