Page 42 - alberto moravia_Макет 1
P. 42
Alberto Moravia
getdikcә isinir, dözülmәz olurdu, platformadan isә sәs-sәmir
gәlmirdi. Almanlar da susmuşdu, elә bil heç yox idilәr. Ancaq
birdәn-birә qonşu kupedәn mahnı sәsi eşidildi. Alçaqdan,
xırıltılı sәslә dә olsa, insafәn, pis oxumurdular. Qatarla harasa
gedәrkәn, öz әsgәrlәrimizin şәn mahnılar oxuduğunu çox
eşitmişdim, ancaq dillәrini bilmәsәm dә, almanların mahnısı
mәnә kәdәrli gәldi. Uzada-uzada, pәsdәn oxuyurdular, sanki
müharibәyә candәrdi gedirdilәr. Çox kәdәrli mahnıydı. Yanaşı
oturduğum qarapaltarlı adama dedim:
– Heç onlar da vuruşmaq istәmir… Onlar da insandır…
Gör necә qәmli oxuyurlar.
– Sәn başa düşmürsәn, – kişi mızıldandı, – bu, onların
himnidir, bizim “Kral marşı” kimi. Әsl kәdәrlәnәn bizik,
italyanlar.
Nәhayәt, qatar yerindәn tәrpәndi. Nә fit çalındı, nә başqa
bir sәs eşidildi, elә bil qatar tәsadüfәn hәrәkәtә gәlmişdi.
İstәdim Mәryәm Anaya bir dә dua elәyim, yalvarım ki,
Rozettayla mәni bütün tәhlükәlәrdәn qorusun. Ancaq birdәn-
birә mәni yuxu tutdu – artıq dua elәmәyә dә heyim qalmamışdı.
Yalnız “bu it uşağı…” – demәyә macal tapdım, amma heç
özüm dә bilmirdim, bu sözlәr kimә aiddir: ingilislәrә, almanlara,
faşistlәrә, yoxsa italyanlara. Bәlkә dә, hamısına.
Elә bu fikirlә dә yuxuya getdim.
42