Page 47 - alberto moravia_Макет 1
P. 47

Çoçara


          ancaq hәlә dә sarı-boz yarpaqların araları vaxtı ötmüş, lalıqlamış
          salxımlarla dolu idi. Eşşәkarılarının, kәrtәnkәlәlәrin korladığı
          salxımların bәzilәri qaralmış, çürümәyә başlamışdı. Yaprıxmış
          qarğıdalı sahәlәrini ot basmışdı, qıçalar yetişib qırmızı rәngә
          çalırdı. Әncir ağaclarının altı quşların dimdiklәdiyi, yetişib
          yerә tökülmüş meyvәlәrlә doluydu. Sahәlәrdә heç kim yox
          idi, fikirlәşdim ki, yәqin, kәndlilәrin hamısı başını götürüb
          gedib. Müharibәdir dә, – öz-özümә dedim, – elә bil heç nә
          olmayıb, dava-dalaş qurd kimi hәr şeyi içәridәn gәmirir,
          insanlar qorxudan canını götürüb qaçır, heç nәyin fәrqindә ol-
          mayan tәbiәt isә onlara öz nemәtlәrini – meyvә, taxıl, ot-
          әncәr, cürbәcür bitkilәr bağışlamaqda davam edir.
             Fondiyә çatanda yorulub әldәn düşmüşdük, susuzluqdan
          boğazımız qurumuşdu, üst-başımız toz-torpaq içindәydi.
          Rozettaya dedim:
             – Gedәk aşxanada yemәk yeyәk, bir hovur dincәlәk, sonra
          maşın, ya da araba tapıb, yolumuza davam edәrik.
             Ancaq nә aşxana tapa bildik, nә maşın, nә dә araba.
          Fondiyә girәr-girmәz mәlum oldu ki, heç kәs yoxdur, sakinlәr
          şәhәri tәrk edib. Küçәlәrdә kimsә gözә dәymirdi. Bәzi dükanların
          qapısına yapışdırılmış kağızlarda yazılmışdı ki, sahib harasa
          gedib, dükan işlәmir. Evlәrin qapıları bağlı idi, pәncәrәlәrә
          çal-çarpaz taxta vurulmuşdu. Sanki sakinlәri hansısa xәstәlikdәn
          qırılıb-qurtarmış şәhәrin küçәsiylә gedirdik. Әvvәllәr ilin bu
          vaxtında Fondidә adam әlindәn tәrpәnmәk olmazdı, qadınlar,
          kişilәr, uşaqlar, pişiklәr, itlәr, eşşәklәr, atlar, hәtta toyuqlar
          axşamacan şәhәrin küçәlәrindәn çәkilmirdi. Hamı öz işindә-
          gücündә olurdu, boş-avara gәzib-dolaşan kim, kafedә әylәnәn,
          evlәrin qabağında oturan kim… Fasadlara vә daş döşәnmiş
          yola düşәn gün işığında bәzәn adama elә gәlirdi ki, burada
          hәyat var, ancaq diqqәtlә baxanda yenә dә örtülü pәncәrәlәri,
          mıxlanmış qapıları görürdük. Daş yolda әks olunan günәş
          şüaları, әtrafı sarmış sükut vә boş küçәdә әks-sәda verәn


                                                              47
   42   43   44   45   46   47   48   49   50   51   52