Page 52 - alberto moravia_Макет 1
P. 52

Alberto Moravia


            öz işinin ustasıdır: kәndli tarlada, fәhlә fabrikdә, alverçi dükan-
            bazarda, әliәyri adam oğurluq әşyaları xırıd elәyәrkәn bütün
            mәharәtlәri üzә çıxır. Bu çarpayı torlarının, stulların, dolabların,
            döşәklәrin, bağlamaların hamısı oğurluq idi, bunu o dәqiqә
            başa düşdüm. O әşyaların oğurluq olduğunu sonradan
            Konçettanın özü dә etiraf etmәli oldu. Axşam oğlanlar şam
            elәyib gedәndәn sonra bütün cürәtimi torlayıb Konçettadan
            soruşdum ki, әldamına boşaltdıqları nәydi? O, әvvәlcә karıxdı,
            sonra özünü әlә alıb, hәmişәki şәn, gümrah sәslә dedi:
                – Demәli, bizi görürdün? Gәrәk yaxınlaşıb kömәk elәyәydin.
            Burada gizlәtmәli heç nә yoxdur. Bu şeylәri Fondidәki bir
            evdәn gәtirmişik. Biçarә ev sahibi qaçıb dağlara sığınıb, nә
            vaxt qayıdacağı bilinmir. Әşyalar elә ilk bombardmanda mәhv
            ola bilәrdi, ona görә bizdә qalsa yaxşıdır – biz onlardan
            muğayat olarıq. Müharibә dövrüdür, özümüzә gün ağlamalıyıq,
            gördüyün şeyi götürmәdinsә, demәli, itirdin, başa düşürsәn?
            Müharibәdәn sonra dövlәt bu әşyaların sahibinә dәymiş ziyanı
            ödәyәcәk, o, özünә bunlardan da yaxşı şeylәr alacaq.
                Doğrusu, hәm qorxmuş, hәm dә heyrәtә gәlmişdim, ola
            bilsin, hәtta rәngim dә qaçmışdı. Çünki Rozetta üzümә baxıb
            soruşdu:
                – Sәnә nolub, ana?
                Ona görә qorxmuşdum ki, ticarәtlә mәşğul olan bütün in-
            sanlar kimi, mәndә dә mülkiyyәt hissi çox güclü idi, bundan
            başqa, heç kәsin mal-mülkündә gözüm yox idi. Axı insanlar
            bir-birinin malına göz diksә, alәm qarışar, it yiyәsini tanımaz.
            Başa düşdüm ki, oğruların evinә pәnah gәtirmişәm. Әn pisi dә
            o idi ki, bu oğrular heç kimdәn qorxub-çәkinmirdilәr, çünki
            burada nә qanun-qayda vardı, nә karabinerlәr. Üstәlik, onlar
            öz oğurluqları ilә öyünürdülәr. Konçettaya heç nә demәdim,
            ancaq o, mәnim fikrә getdiyimi görüb әlavә elәdi:
                – Mәni başa düş: bu әşyalar heç kimin deyil, onları ona
            görә götürmüşük. Biz dürüst adamlarıq, Çezira, bunu sәnә
            sübut elәyә bilәrәm: bax buranı tıqqıldat.

              52
   47   48   49   50   51   52   53   54   55   56   57