Page 591 - alberto moravia_Макет 1
P. 591
Romul və Rem
mәnә elә bir iltifatla yaxınlaşdı ki, sәsindәki ümid işartısından
ürәyim sıxıldı. Amma bir halda ki soymağa başlamışdım,
daha quyruğunda saxlaya bilmәzdim. Dedim, nahar elәmәk
istәyirәm. O, masanı әsgiylә silmәyә başladı, amma birdәn әl
saxladı, diqqәtlә üzümә baxıb dedi:
– Bu ki Remdir...
– Hә-ә, demәli, tanıdın mәni, – deyib gülümsәdim.
– Gәl bir tanımayım da... Biz axı bir yerdә qulluq elәmişik...
Hәlә nazını birgә çәkdiyimiz qıza görә bizә “Romul, Rem vә
dişi canavar” deyib cırnadırdılar da, yadındadı?..
Qәrәz, xatirәlәr baş alıb getdi. Amma dәrhal görünürdü ki,
o, keçmişdә olub keçәnlәri heç dә dostluğumuzdan yana,
gәlişimdәn sevindiyi üçün xatırlamır; yox, deyәsәn, bunlar
ona görәydi ki, mәn onun müştәrisi, özü dә yeganә müştәrisiydim.
Hәr halda, yemәkxanada mәndәn başqa heç kәs yox idi,
Romul da çox istәyirdi ki, özünün bu darıxdırıcı trattoriyasına
nә cürsә rәng qatsın.
Axırda ciynimә vurub dedi:
– Bax belә, dostum Rem!
Sonra mәtbәxә tәrәf üz tutub kimisә çağırdı:
– Loreta!
Pәrdә yuxarı qalxdı, önlük taxmış bәstәboy, dolu bir qadın
qapıda göründü. Qadının sifәti qaşqabaqlı vә inamsız idi. Әri
mәni ona göstәrib dedi:
– Bu hәmin o Remdir, sәnә onun haqqında çox danışmışam.
Qadının üzündә tәbәssümә oxşar nәsә peyda oldu vә
salamlaşırmış kimi başını tәrpәtdi. Onun arxasından iki uşaq
boylanırdı – biri oğlandı, biri qız. Romul isә elә hey tәkrarlayırdı:
– Әhsәn, әhsәn... sadәcә әhsәn...
591