Page 593 - alberto moravia_Макет 1
P. 593

Romul və Rem


          Romul mәndәn betәr ac idi; mәnsә bunu dәrk etmәkdәn
          xoşlanırdım.
             Bu arada bütün ailә mәtbәxdә nәsә mәşvәrәt aparırdı.
          Arvadına tәlәsik nәsә deyәn Romulun hәyәcanlı sәsini eşidirdim.
          Aşkar bilinirdi ki, arvadı nәdәnsә narazıdır. Nәhayәt, pәrdә
          qalxdı, uşaqlar qaça-qaça mәtbәxdәn çıxıb bayıra cumdular.
          Başa düşdüm ki, Romulun trattoriyasında, deyәsәn, heç çörәk
          dә yoxdur. Pәrdә yuxarı qalxanda görmüşdüm ki, Romulun
          arvadı pilәtәnin qabağında dayanıb, sönmәkdә olan ocağı
          üfürür. Sonra Romul mәtbәxdәn çıxdı, gәlib qarşımda oturdu.
          Mәnimlә oturmuşdu ki, vaxtı uzatsın, әrzaq dalınca yolladığı
          uşaqlara imkan yaratsın. Bayaqkı insafsızlıqla sözümә davam
          elәdim:
             – Әla yerin var... Bәs işlәr necә gedir?
             Başını aşağı saldı.
             – Pis getmir, yaxşıdır... Düzdür, hazırda böhrandır... Hәm
          dә bu gün bazar ertәsidir...  Adәtәn, bizdә adam әlindәn
          tәrpәnmәk olmur...
             – Görürәm, pis deyilsәn.
             Cavab vermәzdәn qabaq başını qaldırıb üzümә baxdı. Trat-
          toriya sahiblәrindә olduğu kimi dolu, girdә sifәti vardı, amma
          bu sifәt solğun vә biçarә idi, hәm dә qırxılmamışdı...
             – Sәn dә pis deyilsәn...
             Mәn saymazyana cavab verdim:
             – Hә, şikayәtlәnmәyә әsasım yoxdur... Ayda yüz, yüz әlli
          min lirәmi hәmişә qazanıram... Düzdür, işim dә ağırdı...
             – Necә olsa, bizimkinә çatmaz.
             – Elәdir, sizinki yaxşı işdir. Adamlar nәyә desәn dözәr,
          bircә aclıqdan başqa... Bilirәm ki, dar gün üçün dala nәsә
          atmısan.


                                                              593
   588   589   590   591   592   593   594   595   596   597   598