Page 595 - alberto moravia_Макет 1
P. 595

Romul və Rem


          dәhşәtli bәdbәxtlik. Amma ac idim vә qız mәnә bir nimçә
          spagetti gәtirәndә heç bir vicdan әzabı çәkmәdәn yemәyә
          girişdim. Bu azmış kimi, özümdәn betәr bәdbәxtlәrin hesabına
          yediyimi düşünәndә sanki iştaham birә-beş artırdı.
             Romul mәnim necә yediyimә hәsәdlә baxırdı. Bunu
          görmәmәk mümkün deyildi ki, spagetti kimi yemәklәr yazığın
          dilinә hәlәm-hәlәm dәymir.
             – Dadına baxmaq istәyirsәn? – ona tәklif elәdim:
             Başını bulasa da, çәngәli spagetti ilә doldurub ağzına sox-
          dum.
             – Dadlıdır, söz ola bilmәz, – sanki özüylә danışırmış kimi
          mızıldandı.
             Spagettidәn sonra qız mәnә yumurtalı bifştekslә salat
          gәtirdi. Görünür, işsiz oturub mәnim ağzıma baxmaq Romula
          ayıb gәldi, odur ki, durub mәtbәxә keçdi.  Tәkbaşına qalıb
          yemәyә girişdim. Birazdan hiss etdim ki, yemәkdәn, az qala,
          xumarlanmışam. Adam ac olanda yemәk әcәb lәzzәt elәyir!
          Ağzıma bir tikә çörәk qoyur, üstündәn bir qurtum çaxır içir,
          çörәyi çeynәyib udurdum. Çoxdandı belә lәzzәtlә yediyim
          olmamışdı.
             Sonra qız meyvә gәtirdi, xahiş elәdim ki, armudla yemәk
          üçün mәnә daha bir parça pendir versinlәr. Naharı başa
          vurandan sonra stula yayxanıb kürdanla dişimi qurdalamağa
          başladım. Bütün ailә mәtbәxdәn çıxıb gәldi, masanın әtrafına
          yığışıb gözlәrini üzümә zillәdilәr; sanki mötәbәr bir varlıq
          idim. Romulun kefi durulmuşdu – yәqin, içdiyi çaxırın tәsirindәn
          idi – vә hәrbi xidmәt dövründәn hansısa sevgi macәralarını
          xatırlamağa başlamışdı. Üzü hisә bulaşmış arvadı isә qәmgin
          idi, qaşqabağı yer süpürürdü. Uşaqlara baxdım: üzlәri solğun,



                                                              595
   590   591   592   593   594   595   596   597   598   599   600