Page 594 - alberto moravia_Макет 1
P. 594

Alberto Moravia


                Bu dәfә dinmәdi, yalnız gülümsündü, amma bu tәbәssüm
            o qәdәr çarәsiz idi ki, ona lap yazığım gәldi. Nәhayәt, könlümü
            necәsә xoş etmәk xәtrinә dedi:
                – Dostum Rem... bәs Qaetada necә yaşadığımız yadındadı?
                Bir sözlә, o, xatirәlәrә üstünlük verirdi, çünki yalan
            danışmaqdan utanırdı, ya da, ola bilsin, hәyatının әn yaxşı
            dövrü әsgәrlik illәri olmuşdu. Yazığın halına acımamaq mümkün
            deyildi. Könlünü açmaq istәdim, dedim ki, hamısı yadımdadır.
            Elә bil o saat canlandı; hәvәslә danışmağa, dәqiqәbaşı çiynimә
            vura-vura deyib-gülmәyә başladı.
                Birazdan Romulun oğlu qayıdıb gәldi; uşaq litrlik çaxır
            şüşәsindәn ikiәlli yapışmışdı. Barmağının ucunda elә yeriyirdi
            ki, elә bil müqәddәs şey gәtirmişdi. Romul bir himә bәnddi,
            ağzımı açıb tәklif elәyәn kimi dәrhal mәnә dә, özünә dә çaxır
            süzdü. İçәndәn sonra dili lap açıldı – görünür, onun da mәdәsi
            mәnimki kimi boş idi. Danışa-danışa, dәrdlәşә-dәrdlәşә içirdik.
            Belәcә, iyirmi dәqiqә dә keçdi. Qızın qayıtdığını, az qala,
            yuxulu kimi gördüm. Zavallı qız iri paketi arıq әllәri ilә
            sinәsinә sıxmışdı. Paketin içindә hәr şeydәn bir az vardı:
            balaca sarı paketdә bifşteks, qәzet kağızına bükülmüş yumurta,
            başqa bir kağızın arasında yağ vә pendir, kahı, bir dә, deyәsәn,
            bir şüşә zeytun yağı. Qız özündәnrazı halda ciddi, işgüzar
            görkәmlә birbaşa mәtbәxә yönәldi, yanımızdan keçәndә Romul
            stulda qabağa әyilib aramızı kәsdi. Sonra özünә yenә çaxır
            süzdü vә yenә xatirәlәr baş alıb getdi. Bu vaxt mәtbәxdә anası
            qızı nәyә görәsә danlayırdı, qız isә özünü tәmizә çıxarıb
            astadan deyirdi:
                – O, bundan az vermәk istәmirdi...
                Bir sözlә, az qala, mәnimkindәn dә betәr olan kasıblıq,



             594
   589   590   591   592   593   594   595   596   597   598   599