Page 589 - alberto moravia_Макет 1
P. 589

Romul və Rem


          edirdim ki, hәtta qorxuya da düşdüm. Fikirlәşdim ki, onsuz
          da, axırı mәhv olmaqdı, yaxşısı budur, qoy mәni hökumәt
          nünayәndәsini tәhqir etdiyimә görә hәbs etsinlәr... әn azından,
          polisdә bir nimçә şorbanı adama hәmişә tapıb verәrlәr.
             Bu vaxt yaxınlıqda balaca bir oğlan kimisә çağırdı:
             – Romul!
             Bu adı eşidәndә mәn başqa bir Romulu xatırladım – hәrbi
          xidmәtdә birgә olduğum oğlanı. O vaxt özüm haqqında ona
          ağ yalan söylәmişdim, demişdim, guya kәnddә doğulmuşam,
          varlı-hallı bir ailәdәnәm. Әslindә isә, kәnddә yox, Romanın
          civarında, Prima Portada dünyaya göz açmışam. Fikirlәşdim
          ki, indi bu yalan işimә yaraya bilәr. Romulun haradasa Panteon
          rayonunda yemәkxanası olmalıydı. Qәrara gәldim ki, elә
          gedim onlarda nahar elәyim, axı acından ölürdüm. İş pula
          çatanda da dostluqdan dәm vuraram, birgә xidmәt illәrimizdәn
          danışaram, bir sözlә, xatirәlәrә köklәnәrik... belә baxanda, bir
          qarın müftә yemәyә görә mәni hәbs etdirmәyәcәkdi ki!
             Әvvәlcә mağazanın vitrininә yaxınlaşıb güzgüdә özümә
          baxdım.  Yaxşı ki, sәhәr ev sahibinin ülgüc vә sabunundan
          istifadә edib, üzümü tәrtәmiz qırxmışdım. Özü mәhkәmәdә
          qapıçı işlәyir, mәn onun pillәkәninin altındakı zirzәmiyә oxşar
          bir yerdә qalıram. Әynimdәki köynәk çox tәmiz olmasa da,
          babatdı; onu cәmisi dörd gündü geyinirdim. Xeyixah bir
          sinyoranın bağışladığı (sinyoranın әri müharibә vaxtı mәnim
          kapitanım olub) boz kostyumum isә lap tәzә kimiydi. O ki
          qaldı qalstuka, burada mәsәlә bir az qәlizdir – sürtülmәkdәn
          tamam köhnәlib. Hәlә gәl köhnәlmәsin dә – onu azından on
          ildi taxırdım. Odur ki, yaxalığı qaldırıb düyünü tәzәlәdim:
          indi qalstukun bir ucu çox uzun, o biri ucu xeyli qısaydı. Qısa



                                                              589
   584   585   586   587   588   589   590   591   592   593   594