Page 592 - alberto moravia_Макет 1
P. 592
Alberto Moravia
Tutuquşu kimi “әhsәn, әhsәn” deyib durmuşdu;, yәqin,
nahar sifariş etmәyimi gözlәyirdi. Onda mәn hәrәkәtә keçdim:
– Romul, mәn Romada elә-belә, yolüstüyәm...
kommivoyajerәm axı, hә, ticarәt agenti işlәyirәm... Onsuz da,
haradasa nahar elәmәliydim, fikirlәşdim ki, niyә dә dostumun
yemәkxanasına baş çәkmәyim?
– Әhsәn! Yaxşı, sәnә nә hazırlayaq? Spagetti istәyirsәn?
– Olsun.
– Yağ-pendirlә... Belә daha tez bişir, mәdәyә dә ağırlıq
vermir... Başqa nә yeyәcәksәn? Bifştekslә aran necәdir? Meylin
çәkirsә, lap bir-iki tikә dә dana әti qızardaq. Bәlkә, mal әti
xoşlayırsan? Ya da kәrә yağında eskalop...
Bunlar hamısı sadә yemәklәr idi, onları özüm dә hazırlaya
bilәrdim. Amma heç özüm dә baş açmadığım hansısa qәddarlıqla
soruşdum:
– Bәs abbakkio necә... sәndә abbakkio var?
– Hayıf ki, yoxumuzdu... Biz onu, adәtәn, şam üçün
hazırlayırıq...
– Yaxşı, onda yumurtalı bifşteks gәtir – a lya Bismark ol-
sun.
– A lya Bismark. Hә, әlbәttә... Kartofla olsun?
– Yox, salatla.
– Yaxşı, olsun salatla... Bir dә çaxır, elәmi?
– Hә, bir litr.
Astadan “bir litr, bir litr” mızıldana-mızıldana mәtbәxә
keçib, mәni masa arxasında tәk qoydu. Acından vә zәiflikdәn
hәlә dә başım fırlanırdı. Hiss edirdim ki, alçaq hәrәkәtә yol
verirәm, amma bu alçaqlıqdan, az qala, mәmnum idim. Heç
özüm dә bilmirdim niyә. Aclıq adamı vәhşilәşdirir. Bәlkә,
592