Page 596 - alberto moravia_Макет 1
P. 596
Alberto Moravia
özlәri arıq, çәlimsiz idilәr; ikisinin dә iri gözlәri vardı. Birdәn
onların halına elә acıdım ki, әsl vicdan әzabı çәkdim. Xüsusәn
dә Romulun arvadı bu sözlәri dilә gәtirәndә:
– Naharda, şam yemәyindә sizin kimi dörd-beş müştәrimiz
olsaydı, biz dә rahat nәfәs alardıq.
– Necә yәni? – özümü bilmәzliyә vurdum. – Bәyәm sizin
müştәrilәriniz yoxdu?
– Gәlәn olur, – qadın dedi, – әn çox da axşamlar. Amma
nә fayda, hamısı lütdür. Yemәyi özlәriylә paketdә gәtirirlәr;
bir az da çaxır sifariş edirlәr – iki yüz әlli qram, uzaqbaşı,
yarım litr... Sәhәrlәr isә heç pilәtәni dә yandırmıram, onsuz
da, heç kәs olmur.
Bu sözlәr nәyә görәsә Romulu әsәbilәşdirdi. O dedi:
– Bәsdi zarıdın... Zarıya-zarıya bәdlik gәtirirsәn...
Arvadı dәrhal etirazını bildirdi:
– Bәdlik gәtirәn sәnsәn, hәr şeyin baiskarı da özünsәn.
Mәn sәhәrdәn-axşamacan әllәşirәm, bir dәqiqә dincliyim
yoxdu. Bәs sәn neylәyirsәn? İşin-peşәn hәrbi qulluğunu
xatırlamaqdır. İndi özün de: mәnәm günahkar, yoxsa sәn?
Әr-arvad höcәtlәşdiyi vaxt mәnciyәz tox mәdәmin aşıladığı
mәmnunluq içindә haqq-hesab mәsәlәsini necә hәll edәcәyimi
fikirlәşirdim. Bәxtimdәn, bu yerdә Romul qızışıb özündәn
çıxdı vә arvadına bir şillә ilişdirdi. Arvadı başılovlu mәtbәxә
cumdu, uzun saplı iti bıçağı qapıb әlüstü geri qayıtdı vә
“Öldürrәm sәni!” qışqırıb әrinin üstünә şığıdı; bu bıçaqla,
adәtәn, vetçina doğrayırlar.
Romul stol-stulu aşıra-aşıra dәhşәt içәrisindә ondan uzağa
qaçdı. Bu vaxt qız ağlayırdı, oğlan da mәtbәxә qaçıb oradan
oxlovu götürmüşdü vә indi onu hәrlәdә-hәrlәdә hansınınsa
müdafiәsinә qalxmışdı: bilmәdim atasının, yoxsa anasının.
596