Page 588 - alberto moravia_Макет 1
P. 588
ROMUL VӘ REM
Görәsәn, başqa hansı tәlәbatı aclıqla müqayisә etmәk olar?
Çalışın ucadan dilә gәtirәsiniz: “Mәnә bir cüt çәkmә lazımdır...
mәnә daraq lazımdır... mәnә cib dәsmalı lazımdır...” Bir
dәqiqәliyә susun, nәfәsinizi dәrәndәn sonra deyin: “Mәnә
nahar elәmәk lazımdır”. Fәrqi dәrhal anlayacaqsınız. Söhbәt
nәdәn gedir-getsin, siz düşünә, axtara, seçә, sizә lazım olan
şeydәn imtina edә bilәrsiniz. Amma dәrk edәndә ki, nahar
etmәlisiniz – onda vaxt itirmәk olmaz. Siz hökmәn özünüzә
yemәk tapmalısınız, yoxsa acından ölәrsiniz.
Bu il oktyabrın beşindә, günortaüstü mәn Sütunlu
meydandakı fәvvarәnin qırağında oturub özümә dedim: “Mәnә
nahar elәmәk lazımdır”. Düşüncәlәrә daldığım vaxt seyr
etdiyim daş sәkidәn gözlәrimi ayırıb, Korso boyunca küçәdәki
hәrәkәtә nәzәr yetirdim: qarşımda hәr şey duman içindә idi;
hәr şey titrәyirdi. Bir sutkadan artıqdı dilimә heç nә dәymәmişdi,
ac adamda gözә çarpan birinci әlamәt isә mәlum olduğu kimi,
onun gözü qaşısındakı bütün predmetlәrin, sanki özlәrinin dә
aclıq çәkirmiş kimi titrәmәsini, yellәnmәsini hiss etmәk
duyğusudur. Onda mәn fikirlәşdim ki, nәyin bahasına olursa-
olsun, özümә yemәk tapmalıyam vә әgәr bu işi sonraya
saxlasam, nәsә düşünmәyә heç gücüm dә qalmayacaq... Vә
düşünmәyә başladım ki, әn qısa müddәtdә yemәyi necә әldә
edә bilәrәm.
Bәla burasındadır ki, adam tәlәsәndә ağlına heç vaxt fәrli
bir şey gәlmir. Elә indi dә ağlıma gәlәn fikirlәr sayıqlamaya
oxşayırdı. “Tramvaya minirәm... kiminsә cibinә girirәm... vә
aradan çıxıram”, yaxud: “Mağazaya girirәm, birbaşa kassaya
cumuram, pulları qapıb qaçıram”. Bunları elә canlı tәsәvvür
588