Page 586 - alberto moravia_Макет 1
P. 586
Alberto Moravia
Bunu deyib, hirsli-hirsli alәtlәri çantama yığdım, başımla
sağollaşıb getmәyә hazırlaşdım. Bu vaxt mәtbәxin qapısı açıldı
vә Attilio peyda oldu.
– Salam, Ernesto, – içәri girәn kimi mәni dostcasına
salamladı.
– Mariya-Roza xahiş elәdi ki, borunu düzәldim. Mәn dә
düzәltdim, tәzәsini qoydum, – ona dedim.
– Sağ ol, – deyib mәnә yaxınlaşdı, – çox sağ ol...
Bu vaxt Mariya-Rozanın sakit, lakin gәrgin sәsi ikimizi dә
geri qanrılmağa mәcbur elәdi.
– Attilio...
O, hәminki gülümsәr sifәtlә pilәtәnin yanında dayanıb,
masanın mәrmәr lövhәsinә söykәnmişdi vә sәsini qaldırmadan
yavaş danışırdı.
– Attilio, sәnin tәnbәl olduğunu Ernesto da tәsdiqlәyir,
deyir ki, tәnbәlin lap yekәsisәn, işlәmәyә qәti meylin yoxdu...
– Sәn belә şey demisәn? – Attilio tәәccüblә mәnә baxdı.
– Mәnim düşündüyümü o da tәsdiqlәdi, dedi ki, yalançının
böyüyüsәn, yәqin, yükdaşıyan işlәmәyin dә yalandır...
– Sәn belә şey demisәn? – Attilio tәkrar bozardı.
– Hәlә sonra mәnim çoxdan ürәyimә daman bir mәsәlәnin
dә doğruluğunu tәsdiqlәdi: dedi ki, hәr gün Emiliya ilә görüşüb
eşqbazlıq edirsәn... Hә, demәli, mәn qulluqçu kimi tәr töküb
ütü masasının üstündә can qoyanda sәn orada Emiliya ilә
әylәnirsәn, elәmi? Mәnә dә yalandan deyirsәn ki, guya işә
gedirsәn... İndi desәn ki, bunlar hamısı yalandır, keçmәz, daha
xeyri yoxdur... Ernesto sәnin dostundur, sәni hamıdan yaxşı
tanıyır, hamısını da tәsdiqlәdi...
Mariya-Roza bütün bunları çox sakit tәrzdә dedi vә mәn
ona ürәk qızdırıb, açıq danışmaqla başıma nә oyun açdığımı
586