Page 581 - alberto moravia_Макет 1
P. 581
Dostluq
Bununla belә, әsl xeyirxah dost kimi, onların gözünә görsәn -
mir dim. Dost – dostdur, dostluq da müqәddәs işdir.
Mәn özüm çilingәrәm, su xәtlәrini tәmir etmәklә mәşğulam.
Bizim peşәnin adamları isә mәlumdur ki, ev-ev gәzirlәr,
hәrdәn heç ağıllarına gәlmәyәn, getmәyә hazırlaşmadıqları
yerdә peyda olurlar. Bir dәfә әlimdә iki qurğuşun boru,
çantamda da lazımi alәtlәrim, hansısa müştәrinin evinә gedirdim.
Via Ripettada birdәn adımı eşitdim, kimsә mәni çağırdı:
– Ernesto!
Dönüb baxıram ki, odur! Bәli, Mariya-Roza idi.
Onun dәyirmi, mülayim sifәtini, incә belini, yumru
yançaqlarını, qabarıq sinәsini görәndә içimdә köhnә şövqüm
elә kükrәdi ki, az qala, nәfәsim kәsildi. Amma tez dә özümә
dedim: “Әgәr, hәqiqәtәn, dostsansa, özünü dost kimi dә apar”.
Odur ki, qıza saymazyana baxıb ağızucu dillәndim:
– Gör nә vaxtdı görükmürsәn...
Әlindә tәrәvәzlә dolu әrzaq çantası, bir dә sarı rәngli kağız
paketlәr vardı. Üzümә gülümsәyә-gülümsәyә dedi:
– Bu nәdi, bәyәm mәni tanımırsan?
– Dedim axı sәnә: gör nә vaxtdı görükmürsәn...
– Neynәk, mәni evә ötür. Elә yaxşı oldu, bu sәhәr gördüm
ki, bizim mәtbәx çanağına su gәlmir... Hә, gedәk.
Mәn ona düzünü dedim:
– Әgәr mәsәlә çanaqlıqdırsa, onda gedәk.
Mәni elә süzdü ki, doğrusu, belә baxışdan qabaqlar başım
gicәlәrdi. Sonra sözünә davam elәdi:
– Onsuz da, çantama kömәk elәmәlisәn...
Belәcә, alәtlәr yığılan çantamla, qurğuşun borularla, Roza-
Mariyanın aldığı әrzaqla qatır kimi yüklәnmiş halda qızın
dalınca düşüb gedirәm.
581