Page 577 - alberto moravia_Макет 1
P. 577
Məcburi xuliqan
sözlәr idi. Görәndә ki, mәnә çaşqın nәzәrlәrlә baxır, üstünlüyün
öz tәrәfimdә olduğunu dәrhal anladım vә bıçağı aşağı salıb
dedim:
– Sәn bilirsәn mәn Cinoya neylәmişdim?
– Hә, bilirәm.
– Bәs bilirsәn ki, ona elәdiyimi indi sәnә dә elәyәrәm?
– Hә.
– Onda әl çәk Sestiliyadan!
– Axı mәn onu heç görmürәm dә... – Serafino bir az
toxtamışdı.
– Bu, hәlә hamısı deyil. Qulaq as, sәn bu günlәrdә Culiya
ilә münasibәtlәrini rәsmilәşdirmәlisәn... Başa düşdün?
Bunu deyәrkәn yenә bıçağı yuxarı qaldırıb havada yellәdim.
Serafino bütün bәdәniylә titrәyәrәk dedi:
– Yaxşı, Luici, mәn bunu edәrәm, amma burax gedim.
– Yadından çıxartma, әgәr Culiya ilә evlәnmәsәn, sәni
öldürәrәm. Bu gün öldürmәdimsә, demәli, sabah öldürәrәm.
– Yaxşı, mәn Culiya ilә evlәnәrәm, söz verirәm.
– İndi çağır onu! Çağır gәlsin!
Serafino әllәrini boru kimi ağzına tutub qışqırdı:
– Culiya! Culiya!
Zavallı qız qaça-qaça gәldi.
– Serafinonun sәnә sözü var, danışmaq istәyir, – dedim. –
Yaxşı, di gedin...
Onlar birgә aralanıb getdilәr, mәnsә bir qәdәr onların
arxasınca baxıb, sonra terrasa qayıtdım. Başdan-ayağa tәr
içindә idim, ayaq üstdә güclә duruş gәtirirdim. Bıçaqla
hәdәlәyәndә Serafino necәydisә, eynәn o cür. Amma uşaqlar
mәni alqışla qarşıladılar:
– Çempiona eşq olsun!
Terribili akkardeonu götürüb sambu çaldı, uşaqlar yenә
şәnlәnmәyә, mәzә çıxartmağa başladılar, Sestiliya isә yavaşca
mәnә dedi:
577