Page 574 - alberto moravia_Макет 1
P. 574

Alberto Moravia


            si ni bir-biriylә oynamağa başladılar. Әgәr canımı qorxu
            bürümәsәydi, yәqin, mәnimçün dә şәn keçәrdi. Tәkcә elә rәqs
            edәn oğlanlardan birinin özünü xanım kimi aparıb yanlarını
            burcu da-burcuda necә işvә-naz satdığını, o birinin isә kavaler -
            sa yağı onun belindәn yapışıb göyә necә qaldırdığını, havada
            fırladıb sonra yerә necә atdığını görmәk kifayәt idi ki,
            gülmәkdәn uğunub gedәsәn. Hamı da gülüb әylәnirdi. Gülmәyәn
            tәkcә biz ikimiz idik: mәn vә Serafino.
                Serafino pencәyini çıxarıb qısaqol ağ köynәkdә qaldı.
            Baxdım ki, qollarının dәrisi qarabuğdayı, әllәri isә arvad әli
            kimi koppuşdur. Düzünә qalsa, bu cür dolu әllәrin bircә zәrbәsi
            kifayәt idi ki, mәni yerә sәrsin. Tәkcә elә bu fikirdәn ürәyim
            sancdı vә hirsli-hirsli Sestiliyaya pıçıldadım:
                – Hәlә sәninlә danışacam, ifritә!
                Qız çiyinlәrini qısıb, heç nә cavab vermәdi.
                Dәqiqәlәr keçirdi vә bardan olan uşaqlar mәnә işarә
            verirdilәr ki, başlamaq  vaxtıdır. Elә bil bu, asan işdi! Serafinonu
            qoxutmaq lazım idi, özü dә elә qorxutmaq ki, bir daha
            qımıldanmasın. Әlbәttә, sözdә demәk çox asandı. Belә şeyә
            yalnız kinoda baxmağa adәt elәyәnlәr üçün bu, әn adi iş kimi
            görsәnә bilәrdi; onlara elә gәlirdi ki, filmlәrdәki qәhrәmanların
            heç bir xәtәr yetirmәdәn bir-birinә tapançadan atәş açması,
            yaxud kimisә qorxutması çox sadә mәsәlәdir.  Amma bu,
            qәtiyyәn belә deyil. Adamı qorxutmaq istәyәndә gәrәk onu,
            hәqiqәtәn, öldürәcәyinә inandıra bilәsәn. Yox әgәr öldürmәk
            fikrindә deyilsәnsә, niyyәtin mәnim kimi yalnız ona xox
            gәlmәkdәn ibarәtdirsә, onda bu, çox çәtin işdir. Hәlә yaxşı ki,
            mәnim Cino ilә davamdan hamının xәbәri vardı; o vaxt dava
            qәfildәn alınmışdı, indi isә mәn buna şüurlu şәkildә hazırlaş -
            mış dım.
                Sestiliyaya baxdım, istәdim ki, o, Serfino ilә baş-başa
            verib cükküldәşsin, danışıb gülsün – bәlkә, bu, mәni qıcıq lan -
            dırardı. Amma qız susurdu, hәm dә nәsә incik görünürdü.


             574
   569   570   571   572   573   574   575   576   577   578   579