Page 575 - alberto moravia_Макет 1
P. 575

Məcburi xuliqan


          Culiya isә, әksinә, hәr boş şeyә gülә-gülә, dişlәrini ağarda-
          ağarda, az qala, Serafinonun boynundan asılmışdı.
             Nәhayәt, akkardeon susanda mәn heç nә düşünmәdәn, –
          yәqin, ona görә ki, bu әrәfәdә hәddindәn artıq düşünmüş  düm, –
          ma sa  nın üzәrindә bir az qabağa әyilib Serafinoya dedim:
             – Qulaq as görüm, nolub, nә mәsәlәdir belә?.. Sәni dәvәt
          ediblәr ki, mәnim azadlığa çıxmağımı qeyd edәsәn, sәnsә
          içmirsәn, ağzına su alıb oturmusan, xeyir ola?.. Yoxsa mәnim
          qәfәsdәn çıxmağım kefinә soğan doğrayıb?
             – Nә danışırsan, Luici, – Serafino cavabında dedi. – Bu nә
          sözdü, deyirsәn? Sәn Allah, bağışla, mәnim bir az qarnım
          ağrıyır. Ağlına başqa şey gәtirmә.
             – Yox, – mәn әl çәkmәdim, – azadlığa çıxmağım sәnin
          ürәyincә deyil... Çünki mәn olmayanda sәn Sestiliyanın qılığına
          girmisәn, indi dә dilxorsan ki, qayıdıb gәlmişәm... Demәli,
          belә çıxır, elәmi!
             Sәsimin tonunu qaldırdım, özlüyümdә isә düşünürdüm:
          “Hәlә ki, nala-mıxa vururam, hәlә ki, gendәn gәlirәm, әslindә
          isә, şığımağım gәrәkdir, sürәt götürәn tәyyarә kimi şığımaq...
          Әgәr qәfildәn şığımasam, hesab elә ki, hәr şey batdı”.
             Hamı bir andaca susdu; maraqla, mәmnuniyyәtlә baxdılar
          ki, görәk Serafinonun üzәrinә necә şığıyacağam. Mәn Serafi-
          nonun hamar, tüksüz sifәtinin nәinki ağardığını, hәtta bozardığını
          da sezdim. İşi belә görәndә bir az da qabağa әyildim,
          köynәyindәn yapışıb dәlicәsinә çığırdım:
             – Sestiliyadan әl çәk, qandın? Әl çәk ondan, çünki biz bir-
          birimizi sevirik.
             Serafino hansısa ümidlә Sestiliyaya baxdı, sanki gözlәyirdi
          ki, qız mәnim dediklәrimi inkar edәcәk. Amma bu ifritә yalnız
          gözlәrini döymәklә kifayәtlәndi. Culiya isә Serafinonun
          qolundan yapışıb dedi:
             – Gedәk, Serafino, gәl gedәk buradan...


                                                              575
   570   571   572   573   574   575   576   577   578   579   580