Page 570 - alberto moravia_Макет 1
P. 570
Alberto Moravia
De Ancelis barışdırıcı tonla dedi:
– Di bәsdirin, oturun aşağı, kefimizi pozmayaq.
Ona qulaq asıb, sözünü yerә salmadılar. Süfrәyә cürbәcür
şirniyyat verildi, tәzә butulkalar açıldı, hamı tәzәdәn içmәyә
başladı. Fikir verdim ki, mәnim sağlığıma heç kәs badә
qaldırmaq istәmir. Onda qәdәhi götürüb ayağa qalxdım:
– Bir halda ki mәnim sağlığıma içmәk istәmirsiniz, özüm
tost deyәrәm. Arzu edirәm ki, bu il bir qәdәr çox oxuyasınız,
hәtta әn pis halda belә, lap malınız az satılsa, alveriniz yaxşı
getmәsә dә...
Bu yerdә әvvәlcә ümumi etiraz xoru başlandı, sonra isә
başqalarından daha çox içmiş Kroçani hirsindәn dәli kimi
çığırdı:
– Yum ağzını, vәlәdüzzina! Dilin qurusun görüm! Öz
dәftәr-kitabını kimә istәyirsәn sat, amma bura gәlib zәhlәmizi
tökmә, yoxsa payını alarsan! Yaxşısı budur, rәdd olub gedәsәn,
onsuz da, bәs deyincә tıxmısan.
– Demәli, sәn kitab ticarәtinin әleyhinәsәn? Sәn bu
tәrәqqinin şәrәfinә içmәk istәmirsәn?
– Kәs sәsini, tәlxәk! Sırtıq! Qanmazın yekәsi!
İndi hamısı yer-yerdәn üstümә tökülüşmüşdü; hamı
başlamışdı ağzına gәlәni deyib, mәni tәhqir etmәyә. Mәn dә
borclu qalmadım, özü dә qәtiyyәn ruhdan düşmürdüm. Arvadım
elә hey qolumdan dartırdı. Әn çox hirslәnәn isә ev sahibi idi:
bizim getmәyimizi tәlәb edirdi.
Bir sözlә, küçәdә necә peyda olduğumu heç özüm dә
bilmәdim. Soyuqdan tir-tir әsirdim, arvadım isә ağlaya-ağlaya
deyirdi:
– Gördün nә hoqqa çıxartdın? Gör nә qәdәr düşmәn
qazandıq, indi bu ilimiz ötәnilkindәn dә ağır olacaq.
Belәcә, öz aramızda çәkişә-çәkişә, deyinә-deyinә, bayram
işıqlarının sayrışdığı vә pәncәrәlәrdәn şüşә qırıntılarının uçduğu
küçә ilә evә qayıtdıq.
570