Page 567 - alberto moravia_Макет 1
P. 567

Məclis


             – Bunların hamısını Argentina meydanından almışam, –
          Kroçani otağın sәliqә-sahmanını göstәrib dedi. Sonra mebellәrә
          işarә edib soruşdu: –  Tap görüm, bunlara nә qәdәr pul
          vermişәm?
             Ağlıma gәlәn hansısa rәqәmi dedim, Kroçani isә mәmnun
          tәşәxxüslә onu üçә vurdu. Bu arada o birilәr dә gәldilәr,
          tezliklә hamı yığışdı.
             Kim idi bu gәlәnlәr? Malı tәrәziyә qoyub çәkәndә, adәtәn,
          xidmәtçilәrә “Gedәrmi?” deyәn bığlı, boy-buxunlu cavan
          Tolomei; üzdәn sadәlövh görünsә dә, әslindә, bicin, yalançının
          yekәsi olan çörәkçi De Ancelis – bu bәstәboy kişi uşaq vaxtı
          sәdәqә yığardı, indi isә bütün mәhәllәyә әriştә satır. Toyuq-
          cücә satışıyla mәşğul olan quş alverçisi De Santis dә gәlmişdi.
          Onun tüksüz, boz, girdә sifәti xalis kömbәyә oxşayırdı, Viterbo
          sakinlәrinә xas loru danışığı vardı. Kәndçilik bu adamın
          canından çıxmırdı – tәzә yumurta dolu zәnbillә Romaya yeni
          gәldiyi vaxtlarda necәydisә, elә dә qalmışdı.
             Onların altdan geyinib, üstdәn qıfıllanan arvadları da tәşrif
          buyurmuşdu. Amma heç kәs uşaq gәtirmәmişdi, çünki Kroçaninin
          vermut süzәrkәn dediyi kimi, bu mәclis Yeni ili qarşılamağa
          hazırlaşan kommersantların mәclisiydi vә qarşıdakı il, ilk
          növbәdә, guya onların yaxşı pul qazanacaqları il olmalıydı.
          Düzünü desәm, dükanlarının kandarında onlar mәnә burada -
          kından daha xoş gәlirdilәr: çünki alış-veriş vaxtı tәşәxxüsü bir
          kәnara qoyur, hәtta müştәrinin qabağında ağlamsınırdılar da.
          İndi isә, bayram süfrәsinin arxasına keçmәyә hazırlaşarkәn,
          necә deyәrlәr, müştәrilәrin gözündәn iraq yerdә lovğalıqlarından,
          az qala, yerә-göyә sığmırdılar.
             Masa arxasına saat on birdә keçdik, dәrhal da Tolomeinin
          yemәklәrinә girişdik. Zarafat başlandı, nә başlandı! Biri
          Tolomeidәn kolbasanın әsl donuzdan olub-olmadığını soruşdu,
          başqası da ona sevimli ifadәsini xatırlatdı: “Gedәrmi?”



                                                              567
   562   563   564   565   566   567   568   569   570   571   572