Page 566 - alberto moravia_Макет 1
P. 566
Alberto Moravia
oldu, әllәrinә yaxşıca pul-para gәldi. Mәn öz qaranlıq dükanımda
oturub, dolu zәnbilli arvadların gün işığına qәrq olmuş küçәdә
necә var-gәl etdiklәrinә, harasa tәlәsdiklәrinә tamaşa edirdim.
Yeni il әrәfәsindәki bu gün, hәqiqәtәn, yaxşı gün idi, Romanın
gömgöy sәması elә bil nazik büllurdan idi, qalan şeylәr isә
sanki onun üzәrinә parlaq boya ilә çәkilmişdi.
Axşam dükanı bağlayanda arvadıma dedim:
– Şam yemәyinә ehtiyac yoxdur… Gecә mәclisdә doyunca
yeyәrik. Aldığım tort lap yüz adama çatar.
Hәqiqәtәn dә, tortun qutusu iri idi. Arvadıma dedim ki,
narahat olmasın, onu özüm aparacağam.
Saat on birin yarısında Kroçaninin darvazasından içәri
girdik; onun evi elә mağazasının üstündә idi. Kroçanilәr
azından әlli ildi burada yaşayırdılar. Babası da vaxtilә burada
yaşamışdı, onda Kroçaninin çaxır dükanı fәhlәlәrin bir stәkan
pivә üçün girib-çıxdıqları adicә pivәxana idi. Atası da fәrasәtsiz
adam deyildi – çaxırı topdan satmaqla ticarәti xeyli
genişlәndirmişdi. İndi burada onun kiçik oğlu Adolfo yaşayırdı
vә Adolfo Kroçani çaxırdan başqa, viski dә, cürbәcür xarici
likörlәr dә satırdı. Romanın köhnә mәhәllәsindәki bu sınıq-
salxaq tikililәrin hamısı eyni cür darısqal dәhlizlәrdәn, xırda
otaqlardan ibarәt idi; ancaq işә bax ki, bu şişkinsifәtli, xırda
gözlü cavan Kroçani bizi içәri şәstlә dәvәt elәdi. Bax buna
deyәrәm gözәllik! Qırmızı ağacdan düzәldilmiş, üzәrinә parlaq
lak çәkilmiş bürünc dәstәkli, nazik ayaqlı bütün mebellәr tәzә
idi. Bu otaqda axırıncı dәfә olanda, yadımdadır ki, hәr şey
әvvәlki görkәmindә idi: ucuz masa, qamış stullar, divardan
asılmış köhnә şәkillәr, pәncәrәnin altında qәdimi tikiş maşını.
İndi o şeylәrin heç biri yox idi. Әvәzindә isә, hәr yanda tәzә
mebel göz oxşayırdı. Dәnizdә qürub edәn günәşin qızılı
çәrçivәyә salınmış vә otağın divarından asılmış iri rәsmini dә
gördüm; bufet piştaxtası rolunu oynayan radioqәbuledici,
çılpaq qadınların, tәlxәklәrin vә itlәrin çini heykәlciklәri dә
gözümә sataşdı; süfrәyә isә üstündә çәhrayı güllәri olan çini
qab-qacaq dәsti düzülmüşdü.
566