Page 564 - alberto moravia_Макет 1
P. 564

Alberto Moravia


            Mәnimkinin böyründә qәssab Tolomeinin, quşsatan De Santisin,
            çörәkçi De Ancelisin, çaxırsatan Kroçaninin dükanları düzülüb.
            Deyin görüm, ora baxanda nә görürsünüz?! Әlbәttә ki, pirojna
            zәnbillәri, üst-üstә qalaqlanmış pendir paketlәri, donuz budu,
            qutularda toyuq vә hindtoyuğu, piramida şәklindә yığılmış
            qrafinlәr vә cürbәcür içki şüşәlәri. Hәr tәrәf işıqlı, hәr yan
            parıldayır; adamlar da, hansısa dәniz limanındakı kimi, sәhәrdәn-
            axşamacan ara vermәdәn dәstә-dәstә içәri girib-çıxırlar. Hәmin
            bu dörd dükanda vәziyyәt belәdir. Mәnim dükanımda isә,
            әksinә, ölü bir sükut hakimdir. İçәri alaqaranlıqdır, piştaxtanı
            da toz basıb; olsa-olsa, hәrdәn hansısa burnufırtıqlı bir uşaq
            qaçıb dәftәr almağa gәlәcәk, ya da mәxariclәrini qeyd elәmәk
            üçün hansısa qadın içәri girib mürәkkәbqabı soruşacaq. Elә
            özüm dә dükanıma oxşayıram – qara önlükdә, üst-başından
            kağız-kuğuz iyi gәlәn arıq, sısqa birisi; hәmişә dә qayğılı vә
            qaşqabaqlı.  Amma o biri dükançıların üzünә baxan kimi
            bilirsәn ki, işlәri yaxşı gedir: De  Ancelis dә,  Tolomei dә,
            Kroçani dә, De Santis dә yanaqlarından qan daman, bazburutlu,
            özündәnrazı adamlardı. Hәmişә şәn görünürlәr, heç nә veclәrinә
            gәlmir...
                Belә baxanda heç mәnim peşәm dә bir peşә deyil! Axı çap
            kağızından, yazı-pozu üçün, yaxud mәktub yazmaqdan ötrü
            satılan kağızdan nә qazanacaqsan – öz paketlәrini bükәn
            dükançılar bu kağızları mәndәn daha çox işlәdirlәr.
                Yeni ilә bir neçә gün qalmışdı ki, arvadım mәnә dedi:
                – Qulaq as, Ecisto, yaxşı bir tәklif var! Kroçani istәyir ki,
            küçәmizdәki tacirlәrin beşi dә bir yerә yığışıb,  Yeni il
            münasibәtilә arvadlarıyla birgә yaxşı bir mәclis düzәltsin.
                – O nә mәclisdir elә? – soruşdum.
                – Belә dә, adi Yeni il axşamı.
                – Adi?
                – Hә, adi mәclis. Hәrә öz evindәn bir şey gәtirәcәk, belә
            alınacaq ki, hәr kәs hamını, hamı da hәr kәsi qonaq edir.


             564
   559   560   561   562   563   564   565   566   567   568   569