Page 569 - alberto moravia_Макет 1
P. 569
Məclis
Hindtoyuğunun axırına çıxandan sonra salat ortaya gәldi,
amma ona heç kim toxunmadı. Süfrәyә pendir vә meyvә gәti -
rilәndә Kroçani elan etdi ki, artıq gecәyarısı yaxınlaşır, sonra
da masanın başına hәrlәnәrәk, özünün dediyi kimi, әsl fransız
şәrabı olan, birini üç min lirәdәn artığına satdığı şampan
butulkasını şәstlә hamıya nümayiş etdirdi. Şüşәnin ağzını
açmağa hazırlaşırdı ki, hamı bir ağızdan qışqırdı:
– Növbә sәnindir, Ecisto, göstәr görәk öz tortunu!
Yerimdәn qalxıb otağın o başına getdim, iri tort qutusunu
götürüb qayıtdım, tәzәdәn öz yerimә әylәşib, qutunu şәstlә
masanın üstünә qoydum. Sonra hamıya xәbәrdarlıq etdim:
– Bu, xüsusi tortdur, indi görәcәksiniz.
Qapağı açıb, әlimi qutunun içinә soxdum, içindәkilәrin
hamısını bircә-bircә çıxarıb ortaya düzdüm. Kişilәrin hәrәsinә
bir şüşә mürәkkәbqabı, dәftәr-qәlәm vә әlifba kitabı verdim.
Qadınlardan üzr istәdim ki, bәs onları nәzәrә almamışam.
Bu sürpriz hamını mat qoydu; hamısı kiridi. Nә baş
verdiyini onlar hәlә dәrk edә bilmirdilәr, hәm dә qarın dolusu
yemәkdәn, içdiklәri çaxırdan sustalmışdılar. Handan-hana De
Ancelisin ağlı başına gәldi:
– Dayan görüm, Ecisto, bu nә zarafatdır bizimlә elәyirsәn?
Biz uşaq deyilik, özümüz dә mәktәbә getmirik.
Daha bәrk hirslәnmiş De Santis soruşdu:
– Yaxşı, bәs tort hanı?
Ayağa qalxıb dedim:
– Bu piknikdir, kef mәclisidir, düzdürmü? Hәr kәs dә öz
dükanındakı maldan gәtirib, elә deyil? Bax mәn dә özümdә
olandan gәtirmişәm: mürәkkәb, qәlәm, dәftәr, әlifba kitabı...
– Sәn nә çәrәnlәyirsәn? – Tolomei özünü saxlaya bilmәyib
hirslә çığırdı. – Gicsәn, yoxsa özünü gicliyә qoymusan?
– Yox, – dedim. – Gic-filan deyilәm, yazı lәvazimatları
satan ticarәtçiyәm. Bax sәn bu mәclisә mәnim il әrzindә
sәndәn aldığım qida mәhsullarını gәtirmisәn. Mәn dә il әrzindә
satdığım, sәninsә almağı heç ağlına belә gәtirmәdiyin şeylәri.
569