Page 572 - alberto moravia_Макет 1
P. 572

Alberto Moravia


            dәli-divanә deyildim, әn azından, onu katorqa çәkmәk
            dәrәcәsindә sevmirdim. Düzdür, qız mәnim xoşuma gәlirdi,
            amma hәddindә. Lap düzünә qalsa, onu Serafinoya asanlıqla
            güzәştә gedә bilәrdim.
                Mәn sadәcә olaraq qürrәnin güdazına getmişdim. Baxırdım
            ki, hamı mәni qoçaq sayır, әsl xuliqan gözündә görür, mәnim
            dә dostların ürәyini qırmağa, onları peşman elәmәyә әrdәmim
            çatmırdı. Doğrudan da, “qayda yaradaram” sözü dilimdәn
            çıxan kimi o dәqiqә hamısı mәslәhәtlәrini vermәyә tәlәsdi,
            kömәklәrini tәklif elәdilәr. Birazdan biz atıq hәrәkәt planı
            düzüb-qoşmuşduq. Onu da deyim ki, Serafino paltarütülәyәn
            Culiya ilә çoxdan evlәnmәliydi. Belә danışdıq ki, Serafino,
            Culiya, Sestiliya, mәn vә bardakı bu uşaqlar San-Pankratsio
            qapısının yanındakı osteriyada yığışıb, mәnim azadlığa
            çıxmağımı qeyd edirik. Orada münasib mәqamı gözlәyirik,
            fürsәt yaranan kimi, mәn bıçaqla Serafinonun üstünә atılıram,
            tәlәb edirәm ki, Sestiliyadan әl çәksin, özü dә tezliklә Culiya
            ilә evlәnmәyә söz versin. Deyәsәn, bu ideya daha çox Culiyanın
            qardaşına mәxsus idi, hәr halda, o, hamıdan artıq canfәşanlıq
            edirdi. Amma o birilәr dә Serafinodan yanıqlıydılar – kimisi
            az, kimisi çox. Çünki, dediklәrinә görә, Serafino özünü yaxşı
            dost kimi aparmırdı.
                Әgәr belә bir işi mәnә altı ay qabaq tәklif etsәydilәr,
            cavabım belә olardı: “Başınıza at tәpib, nәdi? Dәli olmusunuz?
            Mәn Serafinoya necә xox gәlә bilәrәm? Hәm dә niyә axı?
            Sestiliyaya görә?” Amma indi mәn artıq başqa adam olmuşdum.
            İndi mәn әsl xuliqan idim; indi mәn Sestiliyanı sevirdim –
            geri çәkilmәk mümkün deyildi. Odur ki, özümü dartmağa
            başladım, çiyinlәrimi düzәldib dedim:
                – Bu işi mәnim öhdәmә buraxın...
                Bunu elә qәtiyyәtlә dedim ki, ağlı başında olan hansısa
            oğlan mәni xәbәrdar etmәyi lazım bildi:
                –  Yox, sәn belә kükrәmә. Sәn onu yalnız bir balaca
            qorxutmalısan, vәssalam. Bax ki, ağını çıxartmayasan, birdәn
            vurub öldürәrsәn...


             572
   567   568   569   570   571   572   573   574   575   576   577