Page 573 - alberto moravia_Макет 1
P. 573

Məcburi xuliqan


             – Bu işi mәnim öhdәmә buraxın, – tәkrar elәdim.
             Tәyin olunmuş vaxtda, axşamüstü biz – Serafino, Culiya,
          Sestiliya, “dayı” dediyimiz Mauritsio, Culiyanın qardaşı
          Federiko, özüylә akkardeon gәtirmiş Terribili, Pompey qardaşları
          vә bir dә özüm – San-Pankratsio qapısının yanındakı osteriyaya
          yollandıq. Planımız hamıya mәlum idi: bardakı uşaqlar bilirdilәr,
          çünki planı bir yerdә hazırlamışdıq; Culiya ilә Sestiliya da
          xәbәrdar idilәr, çünki niyyәtimizi onlara bildirmişdilәr. Hәtta,
          deyәsәn, Serafino da nәdәnsә duyuq düşmüşdü. O, bizim
          arxamızca candәrdi gәlirdi, özü dә bütün yolboyu ağzına su
          alıb dinmirdi. Biz Sestiliya ilә bir dәfә dә olsun baxışmamışdıq,
          özümüzü yad adamlar kimi soyuq aparırdıq. Ürәyi xoş ümidlәrlә
          aşıb-daşan Culiya isә Serafinoya qısılıb, ondan bir an da qop-
          murdu. Qız ara vermәdәn gülüb dişlәrini ağardır, at kimi elә
          hey kişnәyirdi. O birilәr, zorla da olsa, zarafatlaşmağa çalışır,
          ağızlarına gәlәni çәrәnlәyirdilәr, çünki ab-hava gәrgin idi.
          Mәnsә әmәlli-başlı qorxu içindә idim. Hәrdәnbir Sestiliyaya
          baxırdım ki, bәlkә, qısqanclıq atәşi mәnә bir az cürәt versin.
          Özü dә ona görә yox ki, xoşuma gәlmirdi, yox, biçimli bәdәn
          quruluşu, ötkәm vә şax yerişi, üzünә düşәn qıvrım hörüklәri,
          iri, qara gözlәri olan qız xoşuma gәlmәyinә gәlirdi, amma
          belәsinә görә katorqaya getmәk – bu, tamamilә ayrı mәsәlәdir.
          Mәn Serafinoya üz tutub qışqırmağa hazır idim: “Meylin
          çәkirsә, götür onu, bununla da qurtaraq”. Amma içimdә bunu
          deyәn әvvәlki Luici idi, Cino ilә dalaşandan qabaqkı Luici.
          Hazırkı Luici, tәzә Luici isә mütlәq bıçağı qapıb qisas almalıydı.
             Osteriya via Aurelianın başlanğıcında, darvazalara bitişik
          divarla üzbәüz yerdәydi. Biz terrasdakı masa arxasında әylәşib
          şәrab vә krendel sifariş elәdik. Terribili akkardeon çalır, bardan
          olan uşaqlar sәs-küy salıb şәnlәnir, çaxırdan gillәdib çәrәnlәyir,
          bir-birinә krendel atır, mahnı oxuyurdular. Bizimlә gәlәn iki
          qızdan heç biri rәqs elәmәk istәmәyәndә, oğlanlar sambu rәq -



                                                              573
   568   569   570   571   572   573   574   575   576   577   578