Page 578 - alberto moravia_Макет 1
P. 578
Alberto Moravia
– Luici, gedәk rәqs elәyәk.
Rәqs elәyәndә qulağıma pıçıldadı:
– Yәni, doğrudan, inanmışdın ki, sәni daha sevmirәm?
Mәn geniş bir dövrә vurub, Sestiliyanı qaranlıq küncә
çәkdim, orada onu yaxşıca öpdüm.
Belәcә barışdıq.
Ertәsi gün fikirlәşdim ki, yәqin, Serafinonun qorxusu
keçmiş olar. Amma bara girәndә gördüm üzümә qorxa-qorxa,
dәhşәt içindә baxır. Sonra da mәnә içki tәklif elәyib dedi:
– Gәlsәnә barışaq, hә?
Çaxır içәrkәn mәnә gah özündәn, gah Culiyadan söz açıb,
yüz cür eyhamla qandırdı ki, bәs artıq evlәnmәk qәrarına
gәliblәr. Az qala, qulaqlarıma inanmadım: Serafino mәnim
qorxumdan evlәnirdi! İstәdim ona deyәm ki, ağlını başına yığ,
özünü әlә al, bir az mәnliyin, kişiliyin olsun. Yaxud belә
deyim: ay әfәl, görmürsәn mayamız eyni xәmirdәndir? Amma
deyә bilmәzdim: çünki mәn artıq cibindә bıçaq gәzdirәn,
istәnilәn adamın burnunu ovmağı bacaran xuliqanlardan idim
vә Serafino da, bütün başqa uşaqlar kimi, buna sidq-ürәkdәn
inanmışdı.
Amma onlar evlәndilәr, toylarına mәni dә çağırdılar. Hәtta
Culiyanın qardaşı dedi ki, bu, bütövlükdә mәnim xidmәtimdir.
Sonra özümün evlәnmәk növbәm çatdı. Mәn bütün bu
oyunları Sestiliyaya görә çıxartmışdım, indi dә sübut etmәliydim
ki, hәqiqәtәn, belәdir. Әslindә isә, bu qızla evlәnmәyә qәti
meylim yox idi, әn azı, ona görә ki, mәnim yoxluğumda Sera -
finoya göz-qaş oynatmışdı. İntәhası, başqa çarәm dә yox idi.
Biz evlәnәndә Serafino artıq uşaq gözlәyәn Culiya ilә
toyumuza gәldi. Yazıq mәni qucaqlayıb dedi:
– Әhsәn, Luici, әhsәn!
Fikirlәşdim ki, yaman da әhsәndir; bunun nәyi әhsәn oldu
axı?!
Amma o vaxtdan daha cibimdә bıçaq gәzdirmirәm.
578