Page 582 - alberto moravia_Макет 1
P. 582

Alberto Moravia


                Demәli, via Ripettaya çıxan yaxınlıqdakı döngәni keçib,
            mağara kandarına oxşayan alaqapıya girdik; nәmişlik qoxuyan
            qaranlıq pillәkәnlә yuxarı qalxdığımız yerdә birdәn ayaq
            saxlayıb, üzündәki bic tәbәssümlә mәnә nә desә yaxşıdır:
                – Yadındadı, qaranlıq meydançaların küncündә gizlәnib
            mәni necә pusurdun, necә qorxudurdun... Yoxsa hamısı yadından
            çıxıb?
                Ona qәti cavab verdim:
                – Mariya-Roza, mәnim heç nә yadımda deyil... Bircә onu
            bilirәm ki, mәn Attilionun dostuyam, dostluq isә mәnimçün
            hәr şeydәn qiymәtlidir.
                O, bir qәdәr çaşan kimi oldu:
                – Bәyәm mәn deyirәm ki, sәn onun dostu olmamalısan?
                Evә girdik: dam örtüyü altında üç balaca otaqdı, hәr
            üçünün pәncәrәsi dә gün işığı düşmәyәn, qaranlıq su quyusu
            olan hәyәtә açılır. Mәtbәx elә darısqaldı ki, heç tәrpәnmәk
            olmur; şüşәli qapısı eyvana çıxır, orada isә ayaqyolu var.
                Mariya-Roza skamyada oturdu, önlüyünü lobya ilә doldurub
            tәmizlәmәyә başladı. Mәnsә gәtirdiyim yükü döşәmәyә qoyub,
            çanağı yoxlamağa başladım. O dәqiqә gördüm ki, boru pas
            atıb, tәzәlәmәsәn, әmәlә gәlәn şey deyil.
                Onu xәbәrdar elәdim:
                – Nәzәrә al ki, tәzә boru almaq lazımdır... Ödәmәyә pulun
            var?
                – Bәs dostluq harda qaldı?
                – Di yaxşı, – dәrindәn köks ötürüb dedim. – Mәn borunu
            sәninçün havayı düzәldәrәm. Әvәzindә, sәn dә mәni öpәrsәn.
                – Bәs dostluq harda qaldı?
                Dodağımı dişlәyib, özlüyümdә düşündüm: “Belә çıxır ki,
            dostluq ikibaşlı silahdır”. Amma bu barәdә ona heç nә demәdim.


             582
   577   578   579   580   581   582   583   584   585   586   587