Page 585 - alberto moravia_Макет 1
P. 585

Dostluq


          mәndә yenidәn ümidlәr canlandı vә bu cavabdan özümü
          saxlaya bilmәdim:
             – Sәnә deyim ki, bu, doğrudur... Onunçün dünyadakı bü -
          tün qadınlar eynidir... Gözәl olsun, ya çirkin, qoca olsun, ya cavan
          – Attilioya fәrqi yoxdur... Bәyәm sәn bunu bilmirdin?
             Bu vaxt lehimlәmәni artıq qurtarmışdım. Lampanı söndürüb,
          hәlә yumşaq olan qurğuşunu әlimdә yumruladım. Sonra qayka
          açarıyla borunu sıxıb bәrkitdim.
             – Hә, ürәyimә dammışdı, amma dәqiq bilmirdim... İndi
          isә, deyәsәn, bilirәm, ağlıma nәsә batır... Yәqin, Emiliyaya
          ilişib, mәnimlә camaşırxanada işlәyәn kürәni deyirәm... Hara
          getsә, elә o olacaq. Buna nә deyirsәn?
             Ayağa qalxdım. Mariya-Roza da durub lobyanı qazançaya
          tökdü, paltarından tozu çırpıb, çanağa yaxınlaşdı, sonra da
          qazançanı kranın altına qoyub suyu açdı. Mәn arxadan ona
          yaxınlaşdım, incә belini qucaqlayıb dedim:
             – Hә, doğrudur. Attilio hәr axşam Emiliya ilә görüşür, qızı
          camaşırxananın qabağında qarşılayıb, evlәrinәcәn ötürür. İndi
          özün artıq hamısını bilirsәn. Yaxşı, bәs nәyi gözlәyirsәn?
             O, gülümsәr üzünü azacıq mәnә tәrәf döndәrib dedi:
             – Ernesto, sәn axı dedin ki, Attilionun dostusan. Burax
          mәni!
             Әvәzinә onu tәzәdәn qucaqlamağa çalışdım, amma dönüb
          sәrt şәkildә dedi:
             – İşini görüb qurtarmısan, yaxşısı budur, çıxıb gedәsәn.
             Dilimi dişlәyib belә cavab verdim:
             – Düz deyirsәn, amma sәni görәndә başımı itirirәm...
          Gәrәk heç vaxt yaddan çıxartmayım ki, mәn  Attilionun
          dostuyam, sәnsә onun arvadı.



                                                              585
   580   581   582   583   584   585   586   587   588   589   590